Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Barselona"dan qeyri-adi transfer
"Barselona" qeyri-adi transfer həyata keçirməyə hazırlaşır. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu futbolçusu Duqlas Santosu "Laboral Kutça"nın basketbolçusu Adam Hanqa ilə dəyişə bilər. Məsələ burasındadır ki, baş məşqçi Luis Enrike Duqlası növbəti mövsüm üçün heyətdə görmək istəmir. Bu səbəbdən "Laboral Kutça"nın, eyni zamanda La Liqada oynayacaq "Alaves" futbol klubunun prezidenti Joze Querejeta transfer etmək istədikləri Duqlasın əvəzində "Barselona"ya pul deyil, basketbolçu Adam Hanqanı təklif edib. "Barselona” idman klubu isə A.Hanqanın basketbol komandalarında oynamasına müsbət yanaşıb. Belə ki, komandanın aparıcı oyunçularından olan Aleks Abrines bu yaxınlarda karyerasını Amerikada davam etdirəcəyindən klub yaranmış boşluğu A.Hanqanın sayəsində doldurmağı düşünür.
Beləliklə, razılıq əldə olunacaqı təqdirdə, futbolçu Duqlas "Alaves"ə, basketbolçu Adam Hanqa isə "Barselona"nın basketbol komandasına transfer olunacaq.
Oxşar xəbərlər
"Barselona" transfer bombasını partladır
"Barselona" qapıçı alır
“Beşiktaş” “Barselona”nın futbolçusunu transfer edir
"Barselona"dan növbəti transfer
"Barselona"nın futbolçusu "Rubin"də
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası