"Qarabağ"ın Enrike məsrəfi!
Ötən mövsüm icarə əsasında çıxış edən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a dönüb.
Sportfm.az xəbər verir ki, braziliyalı vingerin Saloniki təmsilçisində taleyi qaranlıqdır. Çempionlar Liqasında mübarizə aparacaq Yunanıstan klubu heyəti daha güclü futbolçulardan qurmaq istəyir və bu səbəbdən Pedro planlara daxil deyil. Komandanın baş məşqçisi Razvan Luçesku 27 yaşlı futbolçu ilə bağlı qərarı iyunun 19-da verəcək.
Yunanıstan mətbuatında yer alan məlumata görə, "Qarabağ" ötən mövsüm Pedronu icarəyə götürmək üçün PAOK-a 166 min avro ödəyib. PAOK Enrikeni "Qarabağ"a 3 milyon avroya da satmağa razı olub. Ancaq Ağdam təmsilçisi bu məbləği ödəmək istəməyib.
Pedro "Qarabağ"da çıxdığı 26 matçda 6 qola imza atıb.
Oxşar xəbərlər
Braziliya klubu "Qarabağ"ın tarixinə düşən futbolçunu istəyir
"Qarabağ"ın sabiq futbolçusu Türkiyə Super Liqasında - FOTO
Luçesku "Qarabağ"ın sabiq üzvünün qalmasını istədi
Pedro Enrike "Qarabağ"da qalacaqmı?
Azərbaycan çempionu transferin son günü Enrike ilə anlaşdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası















Misli Premyer Liqası