• 03:14 Bazar
    11 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
Qriqorçuk:

Qriqorçuk: "Azərbaycan xalqına, azarkeşlərə çox minnətdaram"

"Favorit olmur, xüsusilə də finalda. Həmişə şanslar bərabərdir. Bilirdik ki, yaxşı komandaya qarşı oynayacağıq. Matç bərabər səviyyədə keçdi. Sadəcə, rəqib qol epizodundan istifadə etdi, biz isə yox. Əlbəttə, çox məyusuq. Ümid edirdik ki, Qəbələdəki finalı qazanacağıq. Futbolçulara görə acıyırıq, onlar çox üzülüblər. Halbuki kuboku qazanmağı çox istəyirdilər, bu arzuyla yaşayırdılar. İndisə belə məyus vəziyyətdədirlər".

Sportfm.az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun finalında "Keşlə"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib. Ukraynalı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Hər halda, Qəbələdə keçirilən matçda favorit sayılırdınız. Hesab etmirsiniz ki, bu, sizin ziyanınıza oldu?

- Yox. Gördüm ki, futbolçular oyuna necə köklənirdilər, finala necə ciddi yanaşırlar. Oyuna hazırlıq müddətində onlarla fərdi söhbətlərim oldu. Matçla bağlı hər şeyi müzakirə etdik: taktikanı da, strategiyanı da. Təəssüf ki, istəklərimiz uğurla həyata keçmədi.

- Mövsümdə ilk dəfə 5 müdafiəçi ilə oynayırdınız. Bu taktiki dəyişiklik nə ilə bağlı idi?

- Bu haqda danışmağa dəyməz. Çünki nominal taktiki sxem heç bir əhəmiyyət daşımır. Önəmli olan onun necə işləməsidir. Bu gün onu necə istifadə etdiyinə baxsaq, demək olmaz ki, beş müdafiəçi idi. Çünki bir az başqa cür idi.

- Filip Ozobişlə bağlı qərarınız gözlənilməz oldu. O, niyə ehtiyatda qaldı: Əsas heyətdə meydana çıxmağa tam hazır deyildi?

- Hər şeyi analiz edərək belə varianta qərar verdik. Ozobiçin zədəsi var idi. Bu üzdən bir müddət oynamadı. Oynamağa başlasa da, belə nəticəyə gəldik ki, 90 dəqiqə çıxış etməyə hazır deyil. Ona görə ehtiyatda saxladıq, sonradan meydana buraxdıq və oyunu sürətləndirdi.

- Bu, "Qəbələ"də son oyununuzdur?

- Bəli.

- Qazaxıstana yollanırsınız?

- Yox. Hələ heç nə deyə bilmirəm hara gedirəm. Sizlərə qərarımın oyundan sonra açıqlayacağımı demişdim. İndi konkret söz deyə bilmərəm. Bu, o vaxt açıqlanır ki, rəsmi müqavilə imzalanır, hər şey həll olunur.

- Qazaxıstan mətbuatı yazmışdı ki, hətta "Astana"nın prezidenti ilə görüşmüsünüz...

- İndi müzakirə edəcəyəm ki, kim nə yazıb? Əvvəla, bunu oxumamışam. İkinci də biz peşəkarlar bunu necə müzakirə edə bilərik? Dəqiq bir şey olanda deyirəm. İndi isə bir şey deyə bilmərəm.

- Hesab edirsiniz ki, məğlubiyyətdə yalnız bəxtsizlik rol oynadı, yoxsa nəsə çatmadı?

- Bəxtsizlik haqda heç bir söz demədim. Sadəcə, onu deyim ki, tam bərabər səviyyəli oyun idi. Ola bilər ki, bir az ərazi üstünlüyümüz var idi. Ancaq bu, heç bir rol oynamır. Belə qarşılaşmada qol vurmaq vacib idi. Kim vuracaqdı, qazanacaqdı. Bunu "Keşlə" bacardı.

- "Qəbələ" kuboku qazansaydı, getmək qərarınıza yenidən baxa bilərdiniz?

- İndi deyə bilmərəm ki, bu, olsaydı, necə olardı.

- Qərarınız nəticədən asılı idi?

- Məsələni incələyə bilmərəm. Sadəcə, sizə onu bəyan edirəm ki, bu, "Qəbələ"də son matçım idi. Düşünmürəm ki, necə oynamağımız hansısa önəm daşıyardı.

- Azərbaycan sərgüzəştlərini necə dəyərləndirirsiniz?

- Əvvəla, bunun qələbə ilə yekunlaşmasını çox istəyərdim. Çünki futbol planında çox yaxşı anlarımız olub. Burada həmişə insanların özümə qarşı hörmətini hiss etmişəm, bütün jurnalistlərdən daim peşəkar münasibət görmüşəm. Buna görə indi fürsətdən istifadə edərək sizlərə minnətdarlığımı bildirirəm. Onu deyə bilərəm ki, bu münasibət qarşılıqlıdır. Dəfələrdə bildirmişəm ki, burada çox şey öyrənmişəm. Azərbaycan xalqına, xüsusilə də futbol azarkeşlərinə çox minnətdaram. Futboldan danışırıq, ancaq onu da bilirəm ki, bu gün ölkə böyük bayramı qeyd edir. Müsahibəmizi bütün Azərbaycana Xalq Cümhuriyyətinin 100 illik yubiley münasibətlə təbriklərimi çatdırmaqla bitirmək istəyirəm. Təkcə azarkeşlərə görə, bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram.(report.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

29-05-2018
489
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
21-11-2020
"Taktiki düz oynayırdıq" - Ayxan Abbasov
16-10-2020
"Yeni müqavilə barədə AFFA ilə danışmışam" - Millimizin baş məşqçisi
7-03-2020
"Belə zəif oynamağımız yadıma gəlmir" - Ayxan Abbasov
17-09-2019
"“Astana Arena”dakı süni meydan Azərbaycandakılardan çox keyfiyyətlidir" - Roman Qriqorçuk
26-07-2019
"Futbolçular hər şeyi düzgün etdilər" - Roberto Bordin
9-06-2018
"Dedi ki, nə qədər oynamısan, ya oynamamısan fərqi yoxdur, gəl, oynayacaqsan"
5-06-2018
Elvin Məmmədov:
Elvin Məmmədov: "Qriqorçuk yerlilərin qənimi idi"
15-04-2018
"Aqressiv və sürətli oynadıq" - Roman Qriqorçuk
7-04-2018
"Kubokda nəticə qazanmağa çalışacağıq" - Yuri Maksimov
17-02-2018
"Bunlar nəticədə təsdiqini tapdı" - Roman Qriqorçuk
29-01-2018
"Onlar indi futzal tarixlərinin ən yaxşı komandasıdır" - Millimizin üzvü
9-12-2017
“Napoli” Ramil Şeydayevi istəyir ?
“Napoli” Ramil Şeydayevi istəyir ?
19-11-2017
"Kəpəz" rəsmisi Diniyevin istefasının rəsmiləşmədiyini deyir: "Şahin müəllimdən narazılığımız, onu göndərmək fikrimiz yox idi"
9-06-2017
Robert Prosineçki:
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
3-07-2016
Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ
Azərbaycana qayıdacağıma ümid edirəm...MÜSAHİBƏ
  Xəbər Lenti
"Sabah" 0-0 "Səbail" - VİDEO 10.04.2021, 21:04
"Oyunçular futbola aid hər şeyi göstərdi" - "Sabah"ın baş məşqçisi 10.04.2021, 20:56
"Sabah"ın oyununda böyük dəyişiklik gördük" - Aftandil Hacıyev 10.04.2021, 20:48
Taekvondoçumuzdan gümüş medal - Avropa çempionatı 10.04.2021, 20:27
“Sabah” –“Səbail” matçında qolsuz bərabərlik - Premyer Liqa 10.04.2021, 20:23
“Sumqayıt” – “Neftçi” matçının vaxtı açıqlandı - I Divizion 10.04.2021, 19:30
"Qəbələ" - "Neftçi" - VİDEO 10.04.2021, 19:10
Taekvondoçumuz bürünc medalı təmin etdi - Avropa çempionatı 10.04.2021, 18:25
"Hər iki komanda hücum futbolu sərgilədi" - Elmar Baxşıyev 10.04.2021, 18:21
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
26-03-2021
Məşqçi kursları başa çatdı -
Məşqçi kursları başa çatdı - Tovuzda
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb