"Dördüncü hakim olan vaxtlarda da Cabbarov məni qovdurmağa çalışıb"
Baş hakim Rauf Cabbarovla aramızda bu cür probemin olması ilk dəfə deyil. Dəfələrə matç zamanı "səni qovacağam" deyib. Olur da, kimin kimdənsə xoşu gəlmir.
Sportfm.az xəbər verir ki, bunu report-a "Səbail"in baş məşqçisi Samir Əliyev Azərbaycan Premyer Liqasının XVII turunda "Neftçi" ilə səfər matçının 43-cü dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırıldığı üçün İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalandırmasına münasibət bildirərkən deyib.
Otuz doqquz yaşlı mütəxəssis bildirib ki, məşqçilik karyerası ərzində ilk dəfədir bu cür cəza alır. S.Əliyev Cabbarovun onunla şəxsi ədavət apardığını iddia edib: "Hətta dördüncü hakim olan vaxtlarda da Cabbarov məni qovdurmağa çalışıb. İlk dəfədir 5 oyunluq cəza alıram. Başqa heç bir hakimlə problemim olmayıb. Açığı, hakimlərlə mübahisə etdiyim epizodda ciddi bir şey baş verməmişdi. Sadəcə, ardıcıl 2 qol buraxmağımız mənə pis təsir etdi, əsəblərimi cilovlaya bilmədim. Hakimlər adi bir vəziyyətdə səhvə yol verincə, özümdən çıxdım".
Qeyd edək ki, "Neftçi"nin 3:0 hesabı ilə qalib gəldiyi oyunu Rauf Cabbarovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |