Minifutbol üzrə Avropa Çempionatında bizi nə gözləyir?
Minifutbol üzrə Avropa Çempionatının püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdə baş tutan püşkatma mərasimində hələ formalaşmayan Azərbaycan yığmasının rəqibləri də məlum olub. Elşad Quliyevin rəhbərliyi altında ilk dəfə qitə birinciliyində mübarizə aparacaq millimiz D qrupunda yer alacaq. Rəsmi olaraq 8-ci dəfə baş tutacaq mötəbər turnirdə komandamız son dünya çempionu və Avropa Çempionatının finalçısı Çexiya, 2017-ci ildə baş tutan qitə birinciliyinin bürünc mükafatçısı Macarıstan, yetərincə güclü təsir bağışlayan Serbiya və istedadlı ifaçılardan ibarət Türkiyə yığması ilə rəqabət aparmalı olacaq. Qrupumuzun əsas favoriti Çexiya hesab olunur.
Şərqi Avropalılar son dünya çempionu olmaqla yanaşı, ötən il bu ölkənin Brno şəhərində keçirilən Avropa Çempionatının final matçında Rusiyaya məğlub olaraq, ardıcıl iki titul qazanmaq şansını itirsə də, dünyanın ən güclü yığmalarından biri hesab edilir. Macarıstan da bu idman növünda yetərincə adından söz etdirə bilib. Onlar dəfələrlə dünya və qitə birinciliklərində inamlı çıxışla yadda qalıb. Belə görünür ki, komandamızı bu iki yığma ilə oyunlarda çətin sınaq gözləyir. Serbiya və Türkiyə millilərini də hesabdan silmək olmaz.
Xəbər verdiyimiz kimi, Azərbaycan MiniFutbol Federasiyasının təşkilatçılığı ilə minifutbol üzrə Alfa Liqa mayın 26-da start götürəcək. Bu ölkəmizdə ilk rəsmi çempionat olacaq. Qrupda yer alan digər ölkələrdə isə uzun illərdir minifutbol liqaları var. Çexiyanın Super Liqası isə dünyanın ən güclü çempionatlarından biri hesab olunur. Elə Macarıstan və Serbiya liqaları da zəiflərdən deyil. Türkiyədə isə 2004-cü ildən müxtəlif bölgələr minifutbol turnirləri keçirilir.
Belə görünür ki, Elşad Quliyevin qarşısında çox ağır bir vəzifə durur. Futzal üzrə Yüksək Liqada debüt ilində "Marafon"a gümüş medal qazandıran mütəxəssis həm yeni yığma komanda formalaşdırmalı, həm də Avropa Çempionatında uğurlu nəticəyə imza atmalıdı.
Xatırladaq ki, Avropa Çempionatı 12-18 avqust tarixlərində Ukraynanın paytaxtı Kiyev şəhərində təşkil olunacaq.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |