Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Birinci Divizionun qalibləri mükafatlandırıldı -VİDEO
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2017/18 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Sportfm.az xəbər verir ki, bu gün mövsümün sonuncu – 27-ci turu çərçivəsində baş tutan “Şüvəlan” - “Xəzər” oyunundan (2:0) sonra bütün mükafatçı komandalar öz medallarına qovuşublar.
Öncə “Şüvəlan”ın üzvlərinə bürünc, ardınca “Qaradağ Lökbatan”ın futbolçularına gümüş medallar verilib. Sonda isə çempionatı ilk pillədə başa vuran “Xəzər” komandasına qızıl medallar və kubok təqdim olunub.
Mükafatlar Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən təqdim olunub.
Oxşar xəbərlər
Birinci Divizionun qalibləri mükafatlandırıldı - VİDEO
"Səbail" çempionluq kubokuna qovuşdu - FOTO
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi
"Xəzər" evdə, "Zaqatala" səfərdə oynayacaq
"Qarabağ" növbəti qızıl medallarını qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası