reklam
Salah yenə birinci oldu
Sportfm.az xəbər saytı

Salah yenə birinci oldu


"Liverpul"da 2017/2018 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, komandanın hücumçusu Məhəmməd Salah həm azarkeşlər, həm də oyunçular arasında keçirilən səsvermədə birinci olub.

Misir futbolçu Premyer Liqada bu mövsüm 35 oyunda 31 qol vurub, 9 qolu ötürməsini verib. Salah Çempionlar Liqasında 11 qol və 4 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, M.Salah 2017-ci ildə "Roma"dan 42 milyon avroya "Liverpul"a transfer edilib.

Xatırladaq ki, 25 yaşlı futbolçu bundan əvvəl ölkənin İdman Jurnalistləri Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası tərəfindən mövsümün ən yaxşı oyunçusu seçilib.

Oxşar xəbərlər

Salahın 100-cü qolu - 159-cu matçda
Salah yenə ən yaxşıdır - FOTO
Salah ilin ən yaxşı oyunçusu seçildi
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi
Çempionlar Liqasında həftənin ən yaxşısı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər