reklam
Araz onları razı salmadı, taleyi necə olacaq?
Sportfm.az xəbər saytı

Araz onları razı salmadı, taleyi necə olacaq?


Kiprin "Anortosis" klubu mövsümün sonunda Azərbaycan millisinin futbolçusu Araz Abdullayevlə vidalaşacaq.

Sportfm.az xəbər verir ki, Famaqusta təmsilçisinin rəhbəri Andreas Pantelis Kipr prezidenti Nikos Anastasiadislə görüşüb və klubun gələcək planlarını müzakirə edib. Toplantıda "Anortosis"in mövsüm başa çatandan sonra yollarını ayıracağı oyunçulardan da söz açılıb.

Məlumata görə, 26 yarımmüdafiəçi ilə yanaşı, portuqaliyalı Migel Palanka da yola salınacaq. Bu futbolçuların durumunun "Anortosis"in məşqçilər korpusunu qane etmədiyi bildirilir.

Qeyd edək ki, Araz Abdullayev müqavilə üzrə "Qəbələ"yə məxsusdur. Daha əvvəl Azərbaycan təmsilçisinin "Anortosis"ə birdəfəlik transferi üçün 150 min avro istədiyi iddia olunurdu. 

Oxşar xəbərlər

"Anortosis"dən Araz Abdullayev açıqlaması
Araz Abdullayev Azərbaycana geri qayıdır - Səbəb isə puldur
"Anortosis" Arazı birdəfəlik alacaq
"Anortosis" Abdullayev üçün 150 min avro ödəməyə hazırdır
Araz Abdullayev "Anortosis" formasında - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər