reklam
Sportfm.az xəbər saytı

"Altınordu" daha 3 futbolçusunu Avropaya göndərir


Türkiyənin "Altınordu" klubunun prezidenti Seyid Mehmet Özkan açıqlama verib. O, 2016-cı ilin avqustunda 2,5 milyon avroya komandasından Almaniyanın "Frayburq" klubuna transfer olan Çağlar Söyüncünün İngiltərəyə transfer olacağını deyib. 

Sportfm.az xəbər verir ki, prezident "Altınordu" yetirməsinin "Arsenal"la anlaşmaq üzrə olduğunu bildirib: 

"Çağlar Söyüncü "Arsenal"la anlaşmaq üzrədir. London klubu bizdən gənc futbolçuların siyahısını istəmişdi. Bu transferdən biz də pul qazanacağıq". 

Klub patronu yayda 3 futbolçunu Avropaya satacaqlarını vurğulayıb: 

"Qapıçılarımız - Erce Kardeşlerlə Berke Özər və yarımmüdafiəçimiz Barış Alıcını Avropaya satacağıq". 

Qeyd edək ki, 21 yaşlı müdafiəçi Çağlar Söyüncü Türkiyə millisinin üzvüdür.

Oxşar xəbərlər

"Altınordu"unun daha bir futbolçusu Türkiyə nəhəngində - Transfer
Türk futbolçu Premyer Liqada
Kadıköydə daha bir gənc futbolçu
"Fənərbaxça"da iki yeni transfer
19 yaşlı türk futbolçu üçün Avropa klubları sıraya düzüldü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər