reklam
Arif Əsədov yenə işsiz qalacaq? -
Sportfm.az xəbər saytı

Arif Əsədov yenə işsiz qalacaq? -Klubu bəyənat yaydı


I Divizionda çıxış edən "Sabah" klubu bəyanat yayıb. 

Sportfm.az xəbər verir ki, paytaxt klubu son zamanlar komandanın baş məşqçisi Arif Əsədovun istefa verəcəyi ilə bağlı gəzən söz-söhbətləri təkzib edib. Klub rəsmi "facebook" hesabında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: 

"Mətbuatda komandamızın baş məşqçisi Arif Əsədovun mövsümün sonunda klubu tərk edəcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Arif Əsədov komandanın baş məşqçisi vəzifəsini icra etməkdə davam edir. Komandanın növbəti mövsüm üçün planları gələcəkdə qarşıya qoyulacaq hədəflərdən asılı olacaq". 

Qeyd edək ki, "Sabah" I Divizionda 25 turdan sonra 36 xalla 5-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Arif Əsədovun oğlu qol vurdu, Bakı klubu bərabərə qaldı
Əsədovun yeni iş yeri bəlli oldu
Arif Əsədov "Neftçi"yə yollanır? - ÖZƏL
Arif Əsədov "Sabah"dan ayrıldı
Arif Əsədov I divizionda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər