reklam
Sportfm.az xəbər saytı

"Neftçi" "Bayıl Arena"da -RƏSMİ


"Neftçi"nin Topaz Premyer Liqasında cari mövsümdə son ev oyununu keçirəcəyi stadion dəqiqləşib.

Sportfm.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev bildirib ki, XXVII tur çərçivəsində mayın 12-də "Səbail"lə həmin qarşılaşmanın "Bayıl Arena"da baş tutacağını bildirib: "Bildiyiniz kimi, "Neftçi"nin stadionu olan "Bakcell Arena" qazonun dəyişdirilməsiylə bağlı artıq təmirə bağlanıb. Komandanın bu mövsüm yeganə ev matçı "Səbail"lədi ki, həmin qarşılaşmanın "Bayıl Arena"da keçirilməsi qərara alınıb. Ancaq matçda "Səbail" yox, təqvimə əsasən "Neftçi" meydan sahibi olacaq". 

Maraqlıdı ki, bu komandalar ilk dəfə rəqib olduqları mövsümdə 3-cü stadionda qarşılaşacaqlar. "Bayıl Arena" "Səbail"in stadionu olsa da, cari mösümün ilk yarısında oradakı yenidənqurma işləriylə əlaqədar təmirə bağlanmışdı və debütant titullu rəqibini həmin vaxt ev oyunlarını keçirdiyi "Dalğa Arena"da qəbul etdi. Belə olan halda, çempionatın ikinci yarısındakı matçların "Neftçi"nin meydanında keçirilməsi nəzərdə tutulmuşdu. Bunlardan biri "Bakcell Arena"da oldu. "Səbail"ə "Neftçi"ylə "Bayıl Arena"da oynamaq nəsib imiş. Sadəcə, fərq ondadır ki, Samir Əliyevin komandası bu matçda nominal qonaq olacaq.(sport24.az)

Oxşar xəbərlər

"Bayıl Arena"nın adı dəyişdirildi
"Qarabağ" "Sabah"ı, "Neftçi" "Səbail"i məğlub etdi
"Neftçi" "Bayıl Arena"dan imtina etdi
"Neftçi" - "Səbail" matçı "Dalğa Arena"da
"Neftçi" "Bayıl Arena"da!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər