"Bursaspor" qalib gəldi
Türkiyə Super Liqasında 31-ci tura yekun vurulub.
Sportfm.az xəbər verir ki, oyunlar 4 gün ərzində keçirilib.
Çempionluq şansını davam etdirən "Fənərbağça" "Kasımpaşa"nı məğlub edib.
"Başakşəhər" səfərdə "Osmanlıspor" üzərində əzmkar qələbə qazanıb.
Turun mərkəzi görüşü "Türk Telekom Arena"da keçirilib. Lider "Qalatasaray" ən yaxın izləyicisi "Beşiktaş"ı qəbul edib. 2 cavabsız qolla qələbə qazanan "cim-bom" çempionluq yolunda daha bir önəmli addım atıb. "Beşiktaş" isə bu məğlubiyyətlə turnir cədvəlində 4-cü pilləyə yuvarlanıb.
Turun qapanış matçında "Konyaspor" "Bursaspor"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Türkiyə. Super Liqa
XXXI tur
27 aprel
"Göztəpə" - "Karabükspor" - 5:0
Qollar: Nqando, 12, 45+1; Gilas, 64, 78; Demba Ba, 80
28 aprel
"Kayserispor" - "Alanyaspor" - 1:2
Qollar: Boldrin, 77 - Karaca, 46, Duqlas, 86
"Sivasspor" - "Gənclərbirliyi" - 1:0
Qol: Arslan, 18
"Antalyaspor" - "Trabzonspor" - 1:2
Qollar: Emre Güral, 6 - Burak, 40, Yusuf, 62
"Kasımpaşa" - "Fənərbağça" - 1:4
Qollar: Şkrtel, 52 (avtoqol) - Souza, 31, Şener, 64, Valbuena, 74, Yanssen, 90+4
29 aprel
"Yeni Malatyaspor" - "Akhisar" - 0:0
"Osmanlıspor" - "Başakşəhər" - 1:4
Qollar: Numan, 42 - Viska, 52; Adebayor, 74; Yepuryanu, 88; Mossoro, 90
"Qalatasaray" - "Beşiktaş" - 2:0
Qollar: Fernando, 23; Rodriges, 70
30 aprel
"Bursaspor" - "Konyaspor" - 2:1
Qollar: Sou, 29, Ertuğrul, 35 - Yahoviç, 89
Oxşar xəbərlər
Səfərdə qələbə qazandılar, gözləməyə başladılar
Son söz ona aid oldu...
"Qalatasaray" sonuncu saniyələrdə uduzdu
"Başakşəhər" oynadı, "Qalatasaray" lider oldu
"Fənərbaxça" lideri məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası