"Qəbələ"nin "böyüklər"i "kiçiklər"dən öyrənsin
“Qəbələ” Futbol Akademiyası 2017/18 mövsümündə ilk titulunu qazanıb.
Sportfm.az xəbər verir ki, sözügedən klubun 17 yaşadək futbolçulardan ibarət komandası AFFA-nın təşkil etdiyi U-17 Liqasının çempionu olub.
“Qırmızı-qaralar” qızıl medalları 29-cu turda rəsmiləşdirib. Öz meydanında “Zirə”yə 3:0 hesabı ilə qalib gələn “Qəbələ” yarışın sonuna 4 tur qalmış çempionluğu təmin edib. Keçirdiyi 29 matçda 23 qələbə qazanıb, 4 heç-heçə edib, 2 dəfə məğlub olan komanda 101 qol vurub, 17-ni buraxıb. 73 xala malik “Qəbələ” ən yaxın izləyicisi “Neftçi”ni 12 xal qabaqlayır. Şəxsi oyunlardakı üstünlük (1:1, 4:0, 0:1) “qırmızı-qaralar”a 4-cü dəfə U-17 Liqasının çempionluğunu yaşadıb.
Xatırladaq ki, “Qəbələ” 2009/10, 2012/13 və 2014/15 mövsümlərində də bu liqanın qalibi olub. 2010/11, 2013/14 və 2015/16 mövsümlərində isə komanda 2-ci yeri tutub.
Oxşar xəbərlər
"Qəbələ"nin tarixdə 5-ci, ardıcıl 3-cü
4-cü final, 29-cu duel
"Qəbələ" Gənclər Liqasının çempionu oldu
"Qəbələ" gümüş medal qazandı
"Qəbələ" çempion oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib – yarım milyondan çox mənimsəmə
-
“Araz-Naxçıvan” “Qəbələ”yə, “Zirə” “Sumqayıt”a qarşı - Premyer Liqa
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Arda Gülerlə yeni müqavilə imzalandı
-
Klub rəhbərinə 4 oyunluq cəza - QƏRAR
-
18 matçın nəticələri - Konfrans Liqası















Misli Premyer Liqası