U-15 Liqası: 2 oyun təxirə salındı
Bu gün və sabah “Boulevard U-15 Liqası"nda 26-cı turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, ötən turdan fərqli olaraq bu həftənin nisbətən maraqsız keçəcəyi gözlənilir. Bunun da 2 səbəbi var. Birincisi, çempionatın iddialıları nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar. İkincisi isə, çempionluq uğrunda mübarizə aparan iki komandanın iştirakı ilə keçiriləcək oyunların təxirə salınmasıdır. Söhbət «Neftçi» - «Qəbələ» və İOEUGİM - «Vətən» matçlarından gedir. Səbəb «Qəbələ» və «Vətən»in 5 futbolçusunun U-16 millimizin düşərgəsində olmasıdır. «Qarabağ»ın istirahət edəcəyi həftədə baş tutacaq 5 oyundan nisbətən maraqlı və prinsipial matç kimi «Neftçi» İK İB – «Səbail» qarşılaşmasını göstərə bilərik.
26-cı tur
21 aprel (şənbə)
13:30 «Keşlə» - «Turan»
(«İnter Arena», 4-cü meydan)
14:00 «Zirə» - «Zaqatala»
(Aviasiya Akademiyasının stadionu)
14:00 «Neftçi» İK İB – «Səbail»
(Lökbatan OİK-nin stadionu)
16:00 İsgəndər Cavadov BFA – «Sumqayıt»
(«Bakı Baza»)
22 aprel (bazar)
16:00 «Kəpəz» - «Viləş»
(Gəncə şəhəri, TİM-nin meydanı)
Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.
«Het-trik news» qəzeti
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |