"Gələn futbolçular etimadı doğrultmur" - Ayxan Abbasov
Azərbaycan Premyer Liqasının ilk yarısında yüksək yerlər uğrunda mübarizə aparan “Zirə” qış fasiləsindən sonrakı dövrün ən uğursuz komandasıdı.
“Qartallar” fasilədən sonra keçirdiyi 9 oyunda qələbə üzünə həsrət qalıblar. Ayxan Abbasovun yetirmələri nəinki 2-ci yeri tutmaq, hətta 3-cü pillədəki mövqeyini də itirib. Dünən evdə “Neftçi”yə böyük hesabla uduzan qəsəbə təmsilçisi 4-cü pillədəki mövqeyini də itirə bilər. Mövsümün əvvəlində ən iddialı komandalardan sayılan “Zirə” indi avrokuboklara vəsiqədən də məhrum qalmaq təhlükəsi ilə üz-üzədi.
Bu il heç cür “qara zolaq”dan çıxa bilməyən komanda barədə mətbuatda müxtəlif iddialar səslənməkdədi. “Zirə”nin prezidenti Natiq İsmayılov qış fasiləsindən sonrakı uğursuzluqlar, həmçinin, klub barədə yayılmış iddialarla bağlı müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir.
- “Zirə”nin qış fasiləsindən sonra uğursuzluğunun səbəbi nədi?
- Qış fasiləsindən sonra oynadığımız oyunlara nəzər salsaq, görərik ki, komanda əksər matçlarda yaxşı futbol nümayiş etdirib. Demək olar ki, hər oyunda xeyli sayda qol epizodu yaradırıq, amma bu fürsətlərdən istifadə edə bilmirik. Əksər oyunlarda baş məşqçimiz bəzi səbəblərə görə meydana optimal heyət buraxa bilməyib. Hələ son oyunu götürsək, 6-7 futbolçumuz müxtəlif səbəblərə görə matçı buraxıb. Düşünürəm ki, bu hal hər bir komandanın başına gələ bilər.
- Bu hal “Zirə”də əvvəl də yaşanıb. Ötən mövsümün ortalarında, komanda zəif təsir bağışlayanda baş məşqçi Adil Şükürovla yollar ayrılmışdı. İndi də eyni şey sanki Ayxan Abbasovla yaşanır.
- Düzgün qeyd etdiniz ki, ötən mövsüm də belə bir uğursuzluğa düçar olmuşduq və həmin vaxt məhz Ayxan Abbasova inanaraq, onu baş məşqçi təyin etdik. Abbasov da öz növbəsində bu etimadı doğruldaraq komandanı qış fasiləsindən sonra 6-cı yerdən 4-cü yerə yüksəldib, Avropa Liqasına vəsiqə qazandı. Biz bu gün də Ayxan müəllimə inanırıq.
- Ayxan bəy dünən oyunsonrası mətbuat konfransında klub rəhbərliyi ilə danışacağını demişdi. Onunla görüş olub? Olubsa, nələr müzakirə edilib?
- Ümumiyyətlə, biz klub rəhbərliyi olaraq daim məşqçimizlə görüşürük, komandanın oyununu müzakirə edirik. Dünənki oyundan sonra da Ayxan müəllimlə görüş olub və ona inandığımı bildirmişəm.
- Belə söz-söhbət gəzir ki, AFFA tərəfindən klub rəhbərliyinə bu mövsüm avrokuboklara getməyəcəkləri haqda xəbərdarlıq edilib.
- Açığı, bu məsələni ilk dəfə sizdən eşidirəm. Ümumiyyətlə isə federasiyanın hər hansı bir kluba bu cür xəbərdarlıq etməsinə inanmıram.
- Komandada maliyyə problemi var?
- Xeyr, komandada heç bir maliyyə problemi yoxdu.
- Qışda heyəti tərk edən legionerin yeri niyə doldurulmadı? Yeni transferlər özünü doğrultmursa, bunun günahı kimdədi?
- Qış fasiləsində gedən və gələn futbolçuların siyahısına baxsaq, gedən hər bir futbolçunun əvəzinə yenisi gətirilib. Düşünmürəm ki, gələn futbolçular etimadı doğrultmur.
- Ayxan Abbasovla müqavilənin müddəti neçə illikdi?
- Cari mövsümün sonunda bitəcək.
- Komanda avrokuboklardan kənarda qalsa, onunla yollar ayrılacaq? Ümumiyyətlə, “Zirə” Avropa Liqasına vəsiqə qazana bilməsə, klubda köklü islahatlar gözlənilir?
- Açığı, bu barədə danışmağın tez olduğunu düşünürəm. Bu suala çempionat bitdikdən sonra cavab vermək olar. Hazırda bizim üçün heç nə itirilməyib və qarşıda bizi vacib oyunlar gözləyir. Bu matçlara hazırlaşırıq.
- Belə söz-söhbət var ki, mövsümün sonunda “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Ayxan Abbasovu əvəzləyəcək.
- Bu məsələ ümumiyyətlə, klubumuzda müzakirə olunmayıb.
- “Zirə”də daha çox baş məşqçi Ayxan Abbasov diqqət mərkəzində olur. Sanki komanda baş məşqçidən ibarətdi. Hansısa klub rəsmisinin açıqlamalarına isə çox nadir hallarda rast gəlirik.
- Bir komandanın baş məşqçisinin daim diqqət mərkəzində olması normal haldı. Fikrimcə, bütün klublarda da bu cürdü. Klub rəsmilərinin açıqlamasını almaq istəyən hər kəs klubumuzun mətbuat xidmətinə müraciət edə bilər.
- Komandanın uğursuz çıxışının səbəblərindən biri də heyətdə zədəli futbolçuların çox olmasıdı. Klubun ev oyunlarını keçirdiyi stadionun ot örtüyünün süni olmasının bunda nə dərəcədə rolu var? Bu həm də, qonaq komandalara da problem yaradır. Növbəti mövsümdə stadionunun ot örtüyünün təbbi ot örtüyü ilə əvəzlənməsi planlaşdırılmır ki?
- Zədəlilərin çox olduğunu düzgün qeyd etdiniz. Ancaq bu zədələrin hamısını süni örtüklə əlaqələndirmək olmaz. Örtüyün dəyişməsinə gəlincə isə hələ ki, bu məsələ müzakirə olunmayıb.
- Bu günə kimi bir çox Azərbaycan klubu ən imkanlı vaxtlarında rəhbərliyin bir qərarı ilə anidən fəaliyyətini dayandırıb. “Zirə”ni belə aqibət gözləmir ki?
- “Zirə”də belə bir təhlükə yoxdu. (komanda.az)
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |