Əvvəlcə həyat yoldaşı, sonra özü təhdid edildi
Çempionlar Liqasının 1/4 final mərhələsində "Real" - "Yuventus" görüşünü idarə etmiş ingiltərəli Maykl Oliver və həyat yoldaşı təhdid edilib.
Sportfm.az xəbər verir ki, əvvəlcə onun həyat yoldaşı "Tvitter"də təhdid olunub. Naməlum şəxslər qadının "Tvitter"dəki səhifəsinə təhqiramiz ifadələr yazıblar.
Sonra isə cütlüyü telefonla təhdid etməyə başlayıblar. Polis hadisə ilə bağlı təhqiqata başlayıb.
Qeyd edək ki, Maykl Oliver "Yuventus"un qapıçısı Canluici Buffona Çempionlar Liqası matçında qırmızı vərəqə göstərib. 40 yaşlı qolkiper "Real"i oyunun uzatma dəqiqələrində Turin komandasının qapısına təyin olunmuş penaltiyə görə ingiltərəli baş hakimlə kəskin mübahisəsi üzündən cəzalandırılıb.
Buffon isə öz növbəsində ona qırmızı vərəqə göstərən hakimi zibil vedrəsinə bənzədib.
Oxşar xəbərlər
Futbolçunun həyat yoldaşı tapança ilə yaxalandı - FOTO
Karyerasını bitirdikdən sonra cəzalandırıldı
Buffonun hərəkətləri araşdırma mövzusu oldu
117 oyundan sonra ilk dəfə - FOTO
"Cəhənnəmə qədər yolun var" - Əsl səbəb bu sözlərdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası