reklam
Del Pyero Buffonun dediklərini qınadı
Sportfm.az xəbər saytı

Del Pyero Buffonun dediklərini qınadı


"Real" - "Yuventus" matçının (1:3) son saniyələrində baş verən hadisələrə növbəti reaksiya "qoca sinyora"nın əfsanəsi Alessandro Del Pyerodan gəlib.

Sportfm.az xəbər verir ki, veteran futbolçu referi Maykl Oliverə etiraz edərək, meydandan qovulan Canluici Buffonu oyundan sonra verdiyi açıqlamalarına görə qınayıb.

Səsləndirdiyi fikirləri Buffona yaraşdırmayan Del Pyero "Sky Italia"ya müsahibəsində bunları deyib: "Buffonun hakim haqqında dediklərini anlamaqda çətinlik çəkirəm. Düşünürəm ki, yaxın günlərdə referi barədə daha fərqli fikirlər səsləndirəcək".

Qeyd edək ki, Buffon hakim Maykl Oliverin sinəsində ürəyi əvəzinə, zibil qutusu daşıdığını demişdi.

Hələlik UEFA Hakimlər Komitəsindən həmin oyunda baş verənlərlə bağlı rəsmi reaksiya yoxdu.(apasport.az)

Oxşar xəbərlər

Buffon yeni təklifi dəyərləndirdi
"Buffonun yerində olsaydım, futbolu "Yuventus"da bitirərdim"
Buffon İtaliyanı tərk edir?
Karyerasını bitirdikdən sonra cəzalandırıldı
Buffonun hərəkətləri araşdırma mövzusu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər