Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Stüardlar üçün "Təlimçilərin təlimi" başladı
Bu gündən etibarən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.
Sportfm.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Topaz Premyer Liqasında iştirak edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edir. 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa və Avro-2020-nin paytaxtımızda təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunmuş təlimin əsas məqsədi təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır. Seminar aprelin 16-da başa çatacaq.
Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.
Oxşar xəbərlər
AFFA-dan seminar - FOTO
AFFA rəsmisi Fransadakı tədbirdə iştirak etdi
Final oyununun təhlükəsizliyi ilə bağlı iclas keçirildi
Dövlət Mühafizə Xidmətinin əməkdaşları UEFA-nın sammitində
Fiziki hazırlıq üzrə məşqçilər üçün seminar təşkil olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası