Rusiyalı məşqçi Azərbaycan klubundan təklif alıb
"Amkar"ın sabiq baş məşqçisi Rüstəm Xuzin Azərbaycandan təklif alıb.
Sportfm.az xəbər verir ki, 46 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Premyer Liqa klublarından birindən təklif alsa da, keçid baş tutmayıb: "Azərbaycandan bir klubdan təklif almışdım. Lakin danışıqlar baş tutmadı. Artıq bu mövzunu bağlamaq olar. Ümumiyyətlə, ölkə xaricindən - Qazaxıstan və Ermənistandan xeyli təklif var idi. İndi isə Qazaxıstanda bolqarıstanlı məşqçilərə üstünlük verirlər".
Xuzin son vaxtlar rusiyalı məşqçilərin ölkə xaricinə çıxmaqda çətinlik çəkdiklərini də vurğulayıb: "Keçmiş SSRİ ölkələrində rusiyalı mütəxəssislərə maraq kifayət qədər idi. Son vaxtlara qədər Qazaxıstan yığmasına Aleksandr Borodyuk rəhbərlik edirdi. Həmçinin, Yuri Krasnojan da orda işləyib. Azərbaycanda isə Yuri Syomin çalışıb. İndi bu ölkələrdə rusiyalı məşqçilərə tələbat çox deyil. Hətta deyərdim ki, həmin ölkələrdə heç kim qalmayıb".
Qeyd edək ki, son klubu Rusiyanın aşağı liqa təmsilçisi Tolyatti "Lada"sı olan Rüstəm Xuzin ötən ildən işsizdir.
Oxşar xəbərlər
Almaniyalı məşqçi Azərbaycandan təklif aldı
Azərbaycan millisindən xorvat mütəxəssisə təklif - Keçid alınmadı
Kolumbiyalı futbolçu Azərbaycandan təklif aldı
Səlahət Ağayev Qazaxıstan klubundan təklif aldı
Azərbaycanda oynamaqdan imtina etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası