Psixoloji problemləri olan futbolçu İstanbula gəlir
Türkiyənin “Qalatasaray” klubu İspaniya “Selta”sının futbolçusu Emre Moru transfer etmək istəyir.
Sportfm.az xəbər verir ki, “sarı-qırmızılar”ın baş məşqçisi Fatih Terim psixoloji problemləri üzündən heyətdən kənarlaşdırılan və hazırda müalicə alan 20 yaşlı cinah yarımmüdafiəçisinin xidmətində maraqlıdır.
İstanbul klubu Türkiyə yığmasının da formasını geyinən Moru gələcəkdə transfer etmək hüququna sahib olmaq şərti ilə cari mövsüm başa çatdıqdan sonra icarəyə götürməyi planlaşdırır.
Qeyd edək ki, Emre Mor ötən yay 13,5 milyon avro qarşılığında Almaniyanın “Borussiya” (Dortmund) klubundan “Selta”ya keçib. O, Viqo təmsilçisinin heyətində 19 oyunda iştirak edib və 1 qol vurub. (report.az)
Oxşar xəbərlər
“Fənərbaxça” “Barselona”nın futbolçusunu aldı - TRANSFER
“Ankaragücü” “Napoli”nin futbolçusunu aldı
Emre Mor Super Liqa klubunda - Detallar açıqlanmadı
"Hırçın çoçuk" "Qalatasaray"da - FOTO
Onun çıxış yolu "Fənərbaxça"dır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası