“Liverpul” və “Barselona” yarımfinalın "qapısını araladı"
Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk matçlarına yekun vurulub.
Sportfm.az xəbər verir ki, bu gün mərhələnin ilk görüşləri çərçivəsində daha iki oyunu keçirilib.
İngiltərə təmsilçiləri "Liverpul" və "Mançester Siti" "Enfild Roud"da münasibətlərinə aydınlıq gətiriblər. İlk 30 dəqiqədə 3 qol vuran meydan sahibləri asan qələbə qazanıblar. Salah, Oksleyd-Çemberleyn və Mane qələbəni təmin edən qollara imza atıblar.
Digər görüşdə "Barselona" "Roma"nı qəbul edib. İtaliya klublarına qarşı keçirdiyi son 12 ev oyununda uduzmayan kataloniyalılar bu dəfə də ənənəyə sadiq qalıblar. 4 qol vuran "Barselona" qarşısında "Roma"nın gücü təsəlli qoluna çatıb.
Çempionlar Liqası
1/4 final (ilk oyunlar)
4 aprel
"Liverpul" (İngiltərə) - "Mançester Siti" (İngiltərə) - 3:0
Qollar: Salah, 12, Oksleyd-Çemberleyn, 21, Mane, 31
Baş hakim: Feliks Brix (Almaniya)
Liverpul, "Enfild Roud" stadionu
"Barselona" (İspaniya) - "Roma" (İtaliya) - 4:1
Qollar: De Rossi, 38 (avtoqol), Manolas, 55 (avtoqol), Pike, 59, Luis Suarez, 87 - Ceko, 80
Baş hakim: Danni Makiele (Hollandiya)
Barselona, "Nou Kamp" stadionu
Oxşar xəbərlər
"Liverpul" "Vilyarreal"ı məğlub etdi - Çempionlar Liqası
PSJ və "Liverpul" 1/4 finalda - Çempionlar Liqası
"Liverpul" finalın bir addımlığında
ÇL: Romada sensasiya, Liverpulda Salah "şou"
"Liverpul" "Mançester Siti"nin məğlubiyyətsizlik seriyasına son qoydu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası