Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Eltac Səfərli Dubay açıq çempionatına qələbə ilə başladı
Şahmat üzrə Dubay açıq çempionatına start verilib. Yarışda 33 ölkədən 166 şahmatçı, o cümlədən 48 qrossmeyster iştirak edir.
Sportfm.az xəbər evrir ki, Azərbaycan idmanının şərəfini bu turnirdə 6-cı reytinqə malik Eltac Səfərli (2653) qoruyur. Yarışın reytinq-favoriti isə ukraynalı qrossmeyster Yuri Krivoruçkodur (2703).
Birinci turda Azərbaycan qrossmeysteri ağ fiqurlarla Serbiyadan olan beynəlxalq usta Milu Zarkoviçi məğlub edib. Püşkatmanın nəticələrinə görə Eltac ikinci turda qara fiqurlarla İran şahmatçısı Araş Tahbaziyə qarşı mübarizə aparacaq.
Dubay açıq çempionatı İsveçrə sistemi üzrə 9 turda keçirilir.
Oxşar xəbərlər
Şahmatçımız İspaniyada birinci oldu
Eltac Səfərli ilk üçlükdən yarım xal geridə
Azərbaycanlı şahmatçı beynəlxalq turnirdə beşinci oldu
“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalına start verildi
Masters turnirində Azərbaycanın şərəfini beynəlxalq qrossmeysterimiz qoruyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası