Verner 100 milyon avro müqabilində “Liverpul” klubuna keçə bilər
“Liverpul” futbol klubu bu mövsüm başa çatandan sonra “Leypsiq” komandasının hücumçusu Timo Verneri öz heyətinə cəlb etmək niyyətindədir. “Real”, “Atletiko” və “Arsenal” klubları da Vernerlə maraqlanır.
Sportfm.az xəbər verir ki, Almaniya yığmasının 22 yaşlı oyunçusunun transferi təxminən 100 milyon avro dəyərində qiymətləndirilir.
Vernerin “Leypsiq” ilə kontraktı 2020-ci ilə qədər nəzərdə tutulub, lakin klub həmin kontraktın müddətini 2022/23-cü illər mövsümünün sonuna qədər uzatmaq istəyir.
Bundan əvvəl “Liverpul” Almaniya klubunun yarımmüdafiəçisi Nabi Keytin “Liverpul”a keçməsi məsələsini razılaşdırıb. “Leypsiq” çempionlar liqasına keçəcəyi təqdirdə həmin əqdin məbləği 75 milyon avro olacaq.
Oxşar xəbərlər
Dünyanın ən varlı klubları - ilk üçlükdə 3 ingilis
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
Bu yayın ən bahalı 10 transferi - SİYAHI
2020-ci ilin ən bahalı transferləri - SİYAHI
"Çelsi" almaniyalı futbolçunu heyətinə qatdı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası