reklam
Çinlilər axır ki, onun saqqızını oğurladı!
Sportfm.az xəbər saytı

Çinlilər axır ki, onun saqqızını oğurladı!


Almaniyalı mütəxəssis Bernd Şuster özünə yeni iş yeri tapıb.

Sportfm.az xəbər verir ki, o, bundan sonra Çinin "Dalian Yifanq" klubunu çalışdıracaq. Bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu mövsümkü uğursuz çıxış səbəbindən komandanın baş məşqçisi Ma Lin istefaya göndərilib. Çinli mütəxəssisi isə bu postda Şusterin əvəz edəcəyi açıqlanıb.

"Dalian Yifanq" Çin Super Liqasına bu mövsüm vəsiqə qazanıb. Sözügedən klub bir müddət öncə Madrid "Atletiko"sundan Yannik Karrasko, Niko Qaytan kimi futbolçuları transfer etməklə iddiasını ortaya qoyub.

Şuster isə son olaraq 2013/14 mövsümündə İspaniyanın "Malaqa" klubunu çalışdırıb. Almaniyalı mütəxəssis Madrid "Real"ında, Almaniyanın "Köln", Ukraynanın "Şaxtyor", Türkiyənin "Beşiktaş" klublarında da baş məşqçi olub.

Oxşar xəbərlər

Super Liqa klubunda yeni baş məşqçi - Müqavilə
Fuat Çapa Ankarada çalışacaq - Müq
Köməkçi məşqçi baş məşqçi oldu - Təyinat
“Bavariya”nın yeni baş məşqçisi məlum oldu
Ndlovuya qarşı oynayan iki futbolçu da Çinə getdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər