Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Arsen Vengerin postuna göz dikiblər
"Arsenal"ın keçmiş futbolçusu Tyerri Anri Arsen Vengerin yerinə göz dikib. Komanda.az xəbər verir ki, Anri "Arsenal"ın baş məşqçisi olmaq istədiyini bildirib. Ancaq o, "Arsenal"da işləməzdən əvvəl təcrübə qazanmaq istədiyini vurğulayıb: "Desəm ki, "Arsenal"ı çalışdırmaq istəmirəm, yalan danışmış olaram. Mən bunu isəyirəm. Çünki o komandanı sevirəm. Futbol mənim ehtirasımdı. Belə olub, olacaq da. Ancaq "Arsenal"da işləməyimə hələ çox var. İndi lisenziya və bəzi biliklər almalıyam. Hər hansı bir klubu çalışdırmazdan əvvəl təcrübə qazanmaq vacibdi. Mən də məhz bunu etmək istəyirəm".
Anri Arsen Vengerlə münaqişə səbəbindən bu həftə "Arsenal"ın akademiyasını tərk edib.
O, "Arsenal"ın heyətində iki dəfə İngiltərə çempionu olub.
Oxşar xəbərlər
Arsen Venger üçün abidə ucaldılacaq
Futbolçu “Arsenal”a maraqlı şərt qoydu
Arsen Venger İngiltərə millisindən danışdı
Anri Vengerə görə "Arsenal"dan getdi
Arsen Venger "Arsenal"dan gedir ?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası