reklam
Elaləmi el-aləmi başına toplamaq istəyir! -
Sportfm.az xəbər saytı

Elaləmi el-aləmi başına toplamaq istəyir! -Mundial üçün


Mərakeş futbol üzrə 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməyə çalışır.

"Mərakeş-2026" təşkilat komitəsinin rəhbəri Mulay Xafid Elaləmi İordaniyaya səfər edərək mundiala ev sahibliyi ilə bağlı Qərbi Asiya ölkələrinin dəstəyini almağa çalışıb.

Sportfm.az azərtaca-a istinadən bildirir ki, dünya çempionatına ev sahibliyinə dair martın 16-da FIFA-ya təqdim ediləcək iddia ərizəsini İordaniya Futbol Federasiyasının və Qərbi Asiya Ölkələri Futbol Federasiyaları Assossasiyasının prezidentinə təqdim edən M.X.Elaləmi ölkəsinin namizədliyinin dəstəklənməsini istəyib.

Xatırladaq ki, Qərbi Asiya Ölkələrinin Futbol Federasiyaları Asossasiyasına 12 ölkə daxildir. Mərakeş Afrika dövlətləri ilə yanaşı, bu ölkələrin də dəstəyinə ümid bəsləyir.

Dünyanın 221 ölkəsinin Futbol Federasiyasının nümayəndələri bu ilin iyununda Moskvada XXIII dünya çempionatına ev sahibliyi etmək iddiasında olan Mərakeş Krallığı və birgə ərizə ilə çıxış etmiş ABŞ, Meksika və Kanadnın namizədliyi arasında seçim edəcəklər.

Oxşar xəbərlər

Mərakeş Ukraynanı əvəz edəcək - DÇ-2030
Ukrayna DÇ-yə ev sahibliyinə namizəd olacaq
DÇ-2026-nı təşkil etmək üçün müraciət etdilər - Rəsmi
Bu ölkə DÇ-2026-ya ev sahibliyi etmək istəyir
Dünya Çempionatı Cənubi Amerikada keçirilə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər