"Neftçi" 2-ci yerə yüksəldi
Bu gün «Bakcell U-17 Liqası»nda 24-cü turun oyunları keçirildi.
Sportfm.az xəbər verir ki, turun mərkəzi oyununda lider «Qəbələ» «İnter Arena»nın 4-cü meydanında 2-ci pillənin sahibi «Keşlə»nin qonağı oldu. Təfərlər gərgin mübarizə şəraitində keçən oyundan sülhlə ayrıldılar. Bu, həm də 24-cü turun yeganə heç-heçəsi oldu. Digər 6 qarşılaşmanın yalnız birində böyük hesab qeydə alındı. Qalan 4 oyunda tərəflərdən biri minimal fərqlə qalib gəldi. Özü də bu oyunların ikisində qələbə topu matçın son dəqiqələrində vuruldu.
U-17 Liqası, 24-cü tur:
«Səbail» - «Sumqayıt» 5:1
Qollar: Aydın Ağazadə, 3; Xəlil Bəşirov, 28, 60; Kamil Əliyev, 36; Rauf Ağasənov, 90+2 – İbrahim Novruzov, 57.
«Keşlə» - «Qəbələ» 0:0
«Xəzər Lənkəran» - «Qarabağ» 1:2
Qollar: Əli Tağızadə, 17 – Fərid Süleymanlı, 34; Bilal Hüseynov, 85.
«Ağsu» - «Kəpəz» 2:3
Qollar: Ayxan Babayev, 6; Vüsal Mütəllimov, 55, Fərid Həsənzadə, 90+1 (avtoqol) – Babək Mehtiyev, 21, 74.
«Neftçi» İK İB – «Mil Muğan» 1:0
Qol: Vüsal Əsgərov, 43.
«Neftçi» - «Zirə» 1:0
Qol: Nəzər Bədəlov, 68.
Bombardir: Nicat Musayev («Neftçi»)-21 qol.
U-17 Liqasında 25-ci turun oyunları martın 26-da keçiriləcək: «Kəpəz» - «Neftçi» İK İB, «Mil Muğan» - «Keşlə», «Qəbələ» - «Səbail», «Sumqayıt» - «Xəzər Lənkəran», «Qarabağ» - «Neftçi», «Zirə» - «Ağsu». Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.
«Het-trik news» qəzeti
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |