reklam
Sportfm.az xəbər saytı

"Qalatasaray" zirvəni əldən vermədi


Türkiyə Superliqasında XXV tura start verilib.

Sportfm.az xəbər verir ki, ilk olaraq "Başakşəhər" mübarizəyə qoşulub.

"Qalatasaray"la liderliyi bölüşən İstanbul təmsilçisi aşağı sıralardan qurtulmağa çalışan "Alanyaspor"a gözlənilmədən uduzub. 

Milli komandamızın hücumçusu Dəniz Yılmazın formasını geyindiyi "Gənclərbirliyi" son çempion "Beşiktaş"la qarşılaşıb. Yılmazın ehtiyatda qaldığı matçda komandası "qara qartal"a uduzub. 

Bazar günü "Fənərbağça" Malatyada yerli "Yeni Malatyaspor"a qalib gəlib - 2:0. 

Lider "Qalatasaray" öz meydanında "Konyaspor"a çətinliklə qalib gəlib - 2:1.

Turun son oyununda isə "Trabzonspor" "Akhisar" səfərindən qələbə ilə dönməyə çalışacaq.

Türkiyə Superliqası

XXV tur

9 mart

"Alanyaspor" - "Başakşəhər" - 4:1

Qollar: Fernandez, 32, 88, Karaca, 66, Akbaba, 81 - Bayiç, 85

10 mart

"Sivasspor" - "Kasımpaşa" - 2:2

Qollar: Kone, 13, 86 (pen.) - Eduok, 18; Diayne, 90+2

"Osmanlıspor" - "Bursaspor" - 2:1

Qollar: Umar, 17; Reqattin, 43 - Kembo-Ekoko, 48

"Beşiktaş" - "Gənclərbirliyi" - 1:0

Qol: Talişka, 53

11 mart

"Göztəpə" - "Antalyaspor" - 2:1

Qollar: Demba Ba, 36, 74 - Dukara, 80

"Kayserispor" - "Karabükspor" - 3:2

Qollar: Kravets, 28, 56, Deniz Turuc, 48 - Leandrinyo, 22, Skulason, 88

"Yeni Malatyaspor" - "Fənərbaxça" - 0:2

Qollar: Noyştader, 34, Juliano, 90+2

"Qalatasaray" - "Konyaspor" - 2:1

Qollar: Qomis, 69, Sinan Gümüş, 89 - Moke, 2

12 mart

21:00. "Akhisar" - "Trabzonspor"

Oxşar xəbərlər

"Qalatasaray" sonuncu saniyələrdə uduzdu
İstanbul derbisində "qol" səsi çıxmadı
"Başakşəhər" oynadı, "Qalatasaray" lider oldu
"Fənərbaxça" lideri məğlub etdi
"Qalatasaray" evdə qalib gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər