Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
London "Arsenal"nın futbolçusu Azərbaycana qarşı
Makedoniya milli komandasının Finlandiya və Azərbaycan milliləri ilə keçirəcəyi yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə Makedoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Baş məşqçi İqor Angelovski qarşıdakı oyunlara 19 futbolçu dəvət edib.
Qapıçılar: Stole Dimitriyevski ("Ximnastik”, İspaniya), Deyan İliyev ("Arsenal”, İngiltərə)
Müdafiəçilər: Stefan Ristovski ("Sportinq”, Portuqaliya), Qyoko Zaykov ("Şarlerua”, Belçika), Kristian Toşevski, Darko Belkovski (hər ikisi "Vardar”), Kire Ristevski ("Vaşaş”, Macarıstan), Visar Musluy ("Şkendiya”)
Yarımmüdafiəçilər: Arian Ademi ("Dinamo” Zaqreb, Xorvatiya), Enis Bardi ("Levante”, İspaniya), Stefan Spirovski ("Ferentsvaroş”, Macarıstan), Boban Nikolov ("Videoton”, Macarıstan), Ezcan Alioski ("Lids”, İngiltərə), Maryan Radeski, Ferhan Hasani (hər ikisi "Şkendiya”)
Hücumçular: Qoran Pandev ("Cenoa”, İtaliya), İliya Nestorovski, Aleksandr Traykovski (hər ikisi "Palermo”, İtaliya), İvan Triçkovski (AEK, Kipr)
42 yaşlı mütəxəssis heyətə yeni futbolçular dəvət etməyə ehtiyac görmədiyini bildirib: "Qarşımızda Millətlər Liqası üçün vacib il var. Heyətdə ciddi dəyişiklik yoxdur. Hazırkı anda eksperimentlərə yer olduğunu düşünmürəm. Üstəlik, 2017-ci il yaxşı keçib. Yığmaya dəvət olunan futbolçulardan razıyam. Yaxşı olanı dəyişmək lazım deyil. Millətlər Liqasında böyük şansımız var. Birinci yeri tutmağımızı istəyirəm. Bütün futbolçuları izləyirəm".
Qeyd edək ki, Finlandiya ilə oyun martın 23-də, Azərbaycanla matç isə martın 27-də təşkil olunacaq. Hər iki qarşılaşma Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.
Oxşar xəbərlər
Şimali Makedoniya - Niderland - START HEYƏTLƏR
Millimizin rəqibinin heyəti açıqlandı - SİYAHI
Xorvatiya millisinin yığmamızla oyun üçün heyəti açıqlandı - SİYAHI
Modriç, Rakitiç, Perişiç... - Azərbaycanla oyuna dəvət alanlar - SİYAHI
Millimizin oyununda 2 penalti, 2 qol - qazanan isə yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası