"Sumqayıt" bərabərə qaldı
Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, turun ilk oyununda "Kəpəz" "Səbail"i qəbul edib. Ancaq görüş meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:1.
Günün digər oyununda isə 4-cü pillədə möhkəmlənən "Sumqayıt" lider "Qarabağ"ı qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb. Amil Yunanov matçın 49-cu dəqiqəsində komandasını hesabda irəli çıxarıb. Ancaq sumqayıtlılar qələbə hesabını sonadək qoruyub saxlaya bilməyib. Pedro Enrike oyunun 75-ci dəqiqəsində qarşılaşmada bərabərlik qolunu vurub - 1:1. Oyun elə bu hesabla da başa çatıb.
Azərbaycan Premyer Liqası, 18-ci tur
3 mart
Kəpəz - Səbail 2:1
Qol: Dario Federiko, 23-pen. Tərzin Cahangirov, 49 - Yevgeni Koçuk, 30.
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə. Şəhər stadionu, 15:00
Kəpəz: 22. Sergey Litovçenko, 3. Dedimar Ferreyra, 15. İqor Korotetski, 13.Şəhriyar Rəhimov (k), 4. Şəhriyar Əliyev, 91. Dario Federiko, 16. Quili Mandqaladze, 8. Samir Zərgərov, 20. Tərzin Cahangirov, 9. İlkin Sadıqov, 24. Şadon Vinçester
Ehtiyat oyunçular: 1.Davud Kərimi, 55. Tərlan Qasımzadə, 10. Tural Rzayev, 5. Tural Nərimanov, 7. Roman Hüseynov, 2. Yusif Cəfərov, 6. Ceyhun Cavadov, 11. Kamran Abdullazadə, 21. Murad Səttarlı, 12. İlyas Səfərzadə, 18. Tural Cəlilov
Baş məşqçi: Yunis Hüseynov
Səbail: 1. Emil Balayev, 3. Tamazi Tsetsxladze, 4. Rahil Məmmədov, 7. Fəhmin Muradbəyli, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 20. Eltun Yaqublu (k), 26. Kamal Qurbanov, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov, 99. Maudo Jarjue
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Vüqar Nadirov, 5. Kərim Diniyev, 18. Aqşin Qurbanlı, 23. Ayron Stati, 88. Orxan Qurbanlı, 11. Elman Taqayev, 98. Kamran Əliyev
Baş məşqçi: Samir Əliyev
Sumqayıt - Qarabağ 1:1
Qol: Amil Yunanov, 49 - Pedro Enrike, 75.
Hakimlər: Rəvan Həmzəzadə, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt. Şəhər stadionu, 18:30
Sumqayıt: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 36. Süleyman Süleymanov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 17. Nicat Qurbanov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev
Baş məşqçi: Samir Abasov
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 77. Donald Qerye
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 70. Nicat Süleymanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov
4 mart
Qəbələ - Neftçi
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov
Qəbələ. Şəhər stadionu, 15:30
Zirə - Keşlə
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüsal Qənbərov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə. İdman Kompleksinin stadionu, 18:00
Oxşar xəbərlər
"Sumqayıt" "Kəpəz"dən 3 xal ala bilmədi
Tərəflər meydanı heç-heçə ilə tərk etdi - VİDEO
Şeydayev “Qarabağ”ı sevindirdi
"Kəpəz" axır ki, qələbə qazandı - VİDEO
"Qarabağ" son saniyə qoluna sevindi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İdmançılarımız Avrasiya Liqasında liderliyə yüksəldi
-
"Şamaxı" daha bir futbolçusunu göndərdi - FOTO
-
Millimiz Türkiyədə yoxlama oyunları keçirəcək
-
Əlcəzair Mundiala bu futbolçularla gedir - SİYAHI
-
Yığmamızın üzvü 2-ci dəfə Albaniya çempionu oldu - FOTO
-
"Turan"ın futbolçusu Braziliyaya qarşı oynadı - Yoxlama oyunu















Misli Premyer Liqası