reklam
Sportfm.az xəbər saytı

"Neftçi"nin baş məşqçisi: Yeni gələn braziliyalını..


Bu gün futzal üzrə Yüksək Liqada XVIII turun oyunlarına start verilib. 

Günün ilk matçında "Neftçi" İK autsayder "Xəmsə"ni məğlub edib 5:0. Qarşılaşmadan sonra qalib gələn tərəfin baş məşqçisi İlqar Aslanov Sportfm.az saytına komandaya qoşulan braziliyalı futzalçıların meydana çıxmamasına aydınlıq gətirib: Bizə əvvəlcə bir braziliyalı oyunçu qoşuldu. Yeni gələn braziliyalını sınadıq. Ancaq onun oyunu bizi qane etmədi. Digər braziliyalı isə qapıçıdır, onu hələ ki, yoxlayırıq. Uzun müddət oynamamağımız bu gün öz təsirini göstərdi. Futzalçılarımız oyun praktikasının yoxluğundan əziyyət çəkir". 

Qeyd edək ki, "Neftçi" "İtaldizan" komandası ilə oyunu təxirə salınıb. 

Oxşar xəbərlər

"Neftçi" "Xəmsə"yə heç bir şans vermədi
"Neftçi"də yeni braziliyalı oyunçu - ÖZƏL, FOTO
Braziliyalı futzalçı "Araz"ı tərk etdi
Alesio da Silva: “Turnirə 100 faiz hazır olduğunu iddia edə bilmərəm"
Alesionun yeni braziliyalıları və çözülən Faiq Əliyev "düyünü"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər