reklam
Kapitan daha 7 ay futbolsuz qalacaq...
Sportfm.az xəbər saytı

Kapitan daha 7 ay futbolsuz qalacaq...


Keçən il dopinqdə "ilişən" "Şaxtyor"un xorvatiyalı kapitanı Dario Srna ilə bağlı yekun qərar verilib.

Sportfm.az xəbər verir ki, xorvatiyalı müdafiəçi bu ilin avqust ayına qədər diskvalifikasiya olunub.

Qərarı Ukrayna Milli Antidopinq Mərkəzi qəbul edib.

Günahını boynuna alan Srna sentyabrın 22-də "Şaxtyor"un heyətində məşqləri dayandırıb. Onun cəzası avqustun 22-də bitəcək. Lakin reqlamentə əsasən, Srna iki ay əvvəl, yəni iyunun 22-dən "Şaxtyor"da məşqlərə başlaya biləcək.  

Qeyd edək ki, mayda 36 yaşını tamamlayacaq Dario Srna 2003-cü ildən "Şaxtyor"un üzvüdü.

Oxşar xəbərlər

"Şaxtyor" yarımmüdafiəçisini 100 milyona satır
15 il çıxış etdiyi kluba geri döndü
Samir Əliyev, Dario Srna və Anatoli Timoşukla bir arada...
Milyonçular yalnız iki kluba məxsusdu
Xorvatiyanın kapitanı Türkiyə qələbəsindən sonra ölüm xəbərinə sarsıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər