Azarkeşlərə görə klub prezidenti futbolçudan üzr istədi
"Borussiya Dortmund" Avropa Liqasının 1/16 final mərhələsində "Atalanta" ilə səfərdə 1:1 hesablı heç-heçəyə nail olub. Dortmundda qazanılan qələbə sayəsində (3:2) "Borussiya" 1/8 finala vəsiqə qazanıb.
Sportfm.az xəbər verir ki, oyundan sonra qonaqların hücumçusu Mişi Batşuayi berqamolu azarkeşlərin irqçilik etməsindən şikayətlənib.
"İl 2018 və tribunalarda yenə meymun səsləri...Ciddisiz? Ümid edirəm, Avropa Liqasının növbəti mərhələlərinə televizordan həvəslə baxacaqsınız. Bizsə yolumuza davam edirik" - belçikalı forvard sosial şəbəkədə yazıb.
"Atalanta"nın prezidenti Antonio Perkassi matçdan sonra verdiyi açıqlamada azarkeşlərin adından Batşuayidən üzr istəyib.
"Düzü, belə səslər eşitmədim. Bu baş veribsə, çox üzgünəm və Batşuayidən üzr istəyirəm. Gərək belə şey olmayaydı" - Perkassi deyib.
"Atalanta" 2014-cü ildə "Milan"la oyunda azarkeşlərinin meydana banan atması səbəbindən təxminən 33 min avro cərimələnmişdi.
Oxşar xəbərlər
"Bayer Leverkuzen" yenə uduzmadı - Avropa Liqası
İtaliya klubunun 4 əməkdaşı virusdan öldü
UEFA İtaliya klubunu cəzalandıra bilər
Avropa Liqasının 1/16 final oyunları - Nəticələr
İrqçilik etdilər, komandalarına cəza verildi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Üç boksçumuz 1/4, dördü 1/2 finala yüksəldi - Avropa çempionatı
-
Ayxan Abbasov U-16 millisinin üzvləri ilə görüşdü
-
"Sabah" - "Borussiya" 1:2 - VİDEO
-
Cüdoçular qran-pri turnirində iştirak edəcək
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
PSJ “Barselona”ya qalib gəldi, “Fənərbaxça” “Slaviya” ilə bərabərə qaldı - Çempionlar Liqası















Misli Premyer Liqası