reklam
Ağdam və Tərtərdə
Sportfm.az xəbər saytı

Ağdam və Tərtərdə "Cəsur ürəklər" festivalı keçirildi -FOTO


AFFA-nın dəstəyi ilə fevralın 19-da Ağdamın Quzanlı qəsəbəsində, fevarlın 20-də isə Tərtər rayonunda "Cəsur ürəklər" adlı festival keçirilib.
Sportfm.az xəbər verir ki, Quzanlı Olimpiya İdman Kompleksində keçirilən festivalda biri qız olmaqla 111 nəfər iştirak edib. Tədbirdə fəal iştirak etdiklərinə görə Fərid Məmmədov, Kamil Əliyev, Kənan Qarayev, Emin Mehrəliyev, Rəvan Əhmədli və Səid Rüstəmli AFFA tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tərtər rayon İdman və Gənclər mərkəzinin meydançasında keçirilən festivalda isə 72 uşaq iştirak edib. Fəal iştirak etdiklərinə görə Ömər Əlili, Elgiz İsayev, Mehrac İsgəndərli, Elton Hüseynli, Sadiq Cabbarzadə, Cavid Məmmədzadə və Müslüm Həbibova assosiasiya tərəfindən hədiyyələr təqdim edilib.
Xatırladaq ki, layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar arasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir.

Oxşar xəbərlər

Kütləvi futbol həftəsi festivalı keçiriləcək
"Cəsur ürəklər" Ağdamda olacaq
Cahangir Həsənzadə uşaqlara top payladı - FOTO
Gəncədə Kütləvi futbol həftəsi festivalı keçiriləcək
Kütləvi futbol həftəsi festivalı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər