Cüdoçularımız İspaniyanın "fəthinə" davam edir
İspaniyanın Fuenqirola şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb.
Sportfm.az xəbər verir ki, beynəlxalq turnirin ikinci günü Azərbaycan cüdoçuları 1 gümüş və 2 bürünc medal qazanıblar. Oğlanların mübarizəsində Yaqub İsmayılzadə (-90 kq) gümüş, Hacıbala Cəbrayılov (73 kq) və Toğrul Salmanov (+90 kq) bürünc medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız İspaniya turnirini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurublar. Avropa kubokunun ilk günü Vüsalə Kərimova qızıl, Mirağa Hacıyev isə gümüş medal qazanıb. Qeyd edək ki, İspaniya turniri bu il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin olimpiya oyunlarına lisenziya xarakteri daşıyır. Fuenqirola Avropa kuboku yarışında 36 ölkədən 471 cüdoçu mübarizə aparır.
Oxşar xəbərlər
3 Avropa kuboku, 11 medal - Avropa Kuboku
Cüdoçularımız İspaniyadan 9 medalla qayıdır
Cüdoçularımız Afrika kuboku uğrunda yarışdı - FOTO
Antalyadan 3 medal...
Kərimova tatamidə rəqib tanımadı, Avropa Kubokunu Bakıya gətirdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Sabah" - "Qarabağ" oyunu Rəşad Əhmədova tapşırıldı - Premyer Liqa
-
Komandamız "Srvena Zvezda"ya qalib gəldi - Avropa Kuboku
-
“Beşiktaş” “Kristal Pelas”a, “Yuventus” “Renn”ə qarşı - Avropa Liqası
-
"Lill" - "Qalatasaray" - VİDEO
-
75 yerli və 6 əcnəbi hakim təyinat aldı - FIFA U-15 dünya çempionatı















Misli Premyer Liqası