reklam
Onlar yenidən döyüşəcək -
Sportfm.az xəbər saytı

Onlar yenidən döyüşəcək -Meyuezer razılıq verdi


Boks üzrə keçmiş dünya çempionu Floyd Meyuezer UFC-nin irlandiyalı döyüşçüsü Konor Makqreqorla MMA ikinci görüşə razılıq verib.

Sportfm.az xəbər verir ki, ikinci görüş MMA (Mixed Martial Arts - Qarışıq Döyüş Sənətləri) qaydaları üzrə keçiriləcək.

"Floyd bildirdi ki, onun Konorla budəfəki döyüşü başqa cür keçiriləcək. Bunu etmək üçün yeganə üsul onları oktaqonda (MMA döyüşlərinin keçirildiyi səkkiz guşəli məkan - S.T.) bir araya gətirməkdir. Əvvəl biz Makqreqoru rinqə çıxartmışdıq, indi isə növbə buna qarşılıq verməkdir", - UFC rəhbəri Deyn Uayt deyib.

Xatırladaq ki, Floyd Meyuezerlə Konor Makqreqorla ilk döyüş ötən ilin 27 avqustunda Las-Veqasda baş tutub. Həmin döyüş boks qaydaları ilə keçirilib. Amerikalı boksçu 10-cu raundda texniki nokautla qalib gəlib və məğlubedilməz olaraq qalıb. Bu, onun peşəkar karyerasında 50-ci qələbəsi olub. İrlandiyalı isə MMA qaydaları üzrə keçirdiyi 24 döyüşün 21-də qələbə qazanıb, 3-də uduzub.(oxu.az)

Oxşar xəbərlər

Meyvezer MMA-də döyüşəcək
Makqreqor yarışlardan uzaqlaşdırıldı - səbəb isə...
Meyvezerin 100 milyonluq qəbzi - FOTO
Tarixi döyüş nokautla bitdi
Las-Veqasda "ən güclü" adını qazanmaq uğrunda döyüş olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər