U-16 Liqası: "Keşlə"dən çətin səfər qələbəsi
U-16 Liqasında 16-ci turdan təxirə düşmüş bir oyun keçirildi. Lökbatan OİK-nin meydanında «Neftçi» İK İB «Keşlə»ni qəbul etdi.
Sportfm.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə hər iki komanda rəqib qapısı önündə təhlükəli epizodlar yaratsa da, tərəflərdən heç biri fərqlənə bilmədi. Ən real qol imkanı hissənin sonuna doğru meydan sahiblərinə qismət oldu. Hakim əllə oyun qeydə alaraq «Keşlə»nin qapısına penalti təyin etdi. Lakin Cahid Vəliyev topu çərçivədən kənara vurdu.
İkinci hissədə ərazi üstünlüyü qonaqların tərəfində idi. Lakin onlar bu üstünlüyü hesabda əks etdirə bilmirdilər. Oyunda hesab 2-ci hissənin 30-cu dəqiqəsində açıldı. Samir Abdullayevin 25-26 metr məsafədən vurduğu top qarşısıalınmaz oldu. Oyunun sonuna bir neçə dəqiqə qalmış Samir daha bir qolun təməlini qoydu. Məhz onun ötürməsindən sonra Şahmar Cəfərli boş qapını dəqiq nişan alaraq yekun nəticəni müəyyənləşdirən qolu vurdu.
Qələbə sayəsində İlham Yadullayevin komandası xal ehtiyatını 26-a yüksəldərək 5-ci pillədəki mövqeyini möhkəmləndirdi. Rafael Əmirbəyovun yetirmələri isə 2 pillə irəliləmək şansını əldən verdilər və hazırda 9-cu pillədədir.
U-16 Liqasında 19-cu turun oyunları fevralın 8-cə keçiriləcək: «Turan» - «Qarabağ», «Qəbələ» - «Vətən», «Zirə» - «Neftçi», «Səbail» - «Keşlə», «Sumqayıt» - «Neftçi» İK İB. Oyunların başlama vaxtı və keçiriləcəyi yer barədə əlavə məlumat verəcəyik.
Bombardir: Emil Quluzadə («Vətən») – 10 qol.
«Het-trik news» qəzeti
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |