Çəkisi artan Rəsul Çunayevin şəhər məşqi -VİDEO
Fransanın paytaxtı Parisdə baş tutan Dünya çempionatı zamanı Dünya Güləş Birliyi İdarə Heyətinin növbəti toplantısı baş tutub. Toplantıda güləş ictimaiyyətini maraqlandıran bir sıra məsələlər müzakirə edilib və qərar qəbul edilib. Müzakirə edilən məsələlərdən ən başlıcası çəki dərəcələrində edilən dəyişikliklər olub. Belə ki, Dünya Güləş Birliyinin yeni qərarına əsasən böyüklər yaş kateqoriyasında çəki dərəcələrinin sayı 8-dən 10-a artırılıb. Olimpiya çəki dərəcələrinin sayı isə 6 olaraq qalıb. Beləliklə, 2018-ci ilin yanvarın 1-dən etibarən təqvim planı üzrə bütün güləş yarışları dəyişilmiş çəki dərəcələri üzrə keçiriləcək. Yunan-Roma güləşi üzrə yığma komandamızın liderlərindən biri olan Rəsul Çunayev də bundan sonra 72 kq çəkidə uğur qazanmağa çalışacaq.
Sportfm.az saytı Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə 71 kq-da Avropa çempionu olan idmançımızın səhər məşqini lentə alıb. Çəkisinin artdığı hiss olunan Çunayevin çevikliyi öz yerindədir.
Oxşar xəbərlər
Rəsul Çunayev güləş məktəbi açdı
Ağır atletikada çəki dərəcələri dəyişdirildi
Jurnalist federasiyada vəzifəyə təyin edildi
Güləş üzrə Azərbaycan çempionatı yeni qaydalarla keçiriləcək
Güləşçilər 2018-ci ildən yeni çəki dərəcələri üzrə mübarizə aparacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası