reklam
Sportfm.az xəbər saytı

"Səbail" klubu Moldova yığmasının futbolçusunu baxışa çağırdı


"Səbail" klubu Moldova yığmasının futbolçusu Yevgeni Koçuku baxışa çağırıb.

Sportfm.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi hazırda "Səbail"in Türkiyə toplanışında Ukrayna təmsilçisi "Çernomorets"lə yoxlama matçında start heyətində yer alıb.

Yevgeni Koçuk 2012 - 2016-cı illərdə vətənində "Daçiya"nın formasını geyinib. 2016-cı ildə Slovakiyanın "Jilina" klubuna keçən yarımmüdafiəçi burada Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub və ölkə çempionatının qızıl medalını qazanıb. O, 2015-ci ildən etibarən Moldova yığmasının heyətində 4 oyun keçirib.

Oxşar xəbərlər

"Keşlə"də yeni oyunçu - RƏSMİ
"Sabah" Moldova millisinin futbolçusunu transfer etdi
“Zirə” və “Səbail”in futbolçuları Moldova millisinə çağırıldı
Moldova millisinin üzvü rəsmən “Səbail”də
“Səbail” klubu Moldova millisinin oyunçusunu heyətinə cəlb etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər