Qurban Qurbanov Millətlər Liqasının püşkatma mərasiminə nə vaxt qatılacaq?
AFFA-nın Mətbuat və İctimaiyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla sabah İsveçrənin paytaxtı Cenevrəyə yola düşür.
Sportfm.az xəbər verir ki, Millətlər Liqasının püşkatmasından 2 gün əvvəl yola düşməkdə məqsəd sözügedən turnirə həsr olunacaq seminarda iştirak etməkdir.
UEFA-nın təşkil edəcəyi seminar 1 günü – 23 yanvar tarixini əhatə edəcək və qitənin ali futbol qurumunun birləşdirdiyi milli assosiasiyaların mətbuat xidməti rəhbərləri üçün keçiriləcək.
Ertəsi gün isə Firuz bəy AFFA-nın baş katibi Elxan Məmmədov və millimizin baş məşqçisi Qurban Qurbanovla birlikdə ilk Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək.
Qeyd edək ki, Millətlər Liqasının püşkatması saat 15:00-da start götürəcək.(sport24.az)
Oxşar xəbərlər
Millimizin məşqçisi Millətlər Liqasının püşkatmasında iştirak edəcək
AFFA Dublinə 6 nəfərlə yollanır - Səbəb
AVRO-2020-nin püşkatma mərasimində AFFA geniş heyətlə təmsil olunacaq
AFFA rəsmisi UEFA seminarında
Elxan Məmmədov Belarusa yollanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası