"Yeni Pele daha dünyaya gəlməyəcək"
Dünya futbolunun canlı əfsanəsi Pele son dönəmlər ulduz futbolçuların azlığından şikayət edib.
Sportfm.az xəbər verir ki, o, əvvəllər belə oyunçuların daha çox olduğunu deyib: "Əvvəllər Eysebio, Kroyf, Bekkenbauer, Bobbi Mur, mən, Zika və Sokrates kimi futbolçular var idi. Hər komandadan üç və ya dörd ulduz olardı. Bu gün isə ancaq 3 futbolçudan danışa bilirik. Messi, Ronaldo və Neymar. İndi sizə 5 futbolçu sayın desəm, çətinlik çəkərsiniz. Bu dünya futbolunun gələcəyi baxımından böyük problemdir".
Braziliyalı əfsanə onun yerini doldura biləcək birini görmədiyini də vurğulayıb: "Bütün uğurlarımı, vurduğum qolları, oynadığım müddəti, qazandığım dünya kuboklarını sadalaya bilərəm. Bu, bir gerçəkdir ki, yeni Pele daha dünyaya gəlməyəcək".
Oxşar xəbərlər
Əzəmətli stadion, Pele və Maradonanın yadigarı - 3-cü dəfə
Pele əməliyyat olundu
Maradona var, Messi var, Ronaldo isə yoxdur
Pele əlil arabasında avtoqraf imzaladı
Neymar Pele və Ronaldoya çatdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası