"Qəbələ"nin futbolçusu: İlk ayda istirahət etdim -VİDEO
Uzun müddətdi zədə üzündən komandadan ayrı düşən "Qəbələ"nin legioneri Dion Malone hazırda Antalyada olsa da, kollektivdən ayrı bərpa prosesi keçir.
Sportfm.az xəbər verir ki, futbolçu "Qəbələ" TV-yə açıqlamasında bildirib ki, gündəlik fərdi məşqlərlə kifayətlənir, yanvarın 22-sindən isə komanda ilə birgə çalışacağına ümid edir:
“8 həftə əvvəl “Neftçi” ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqə başlayacam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda komandayla məşqə başlayacam və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəm”.
Oxşar xəbərlər
"Neftçi"nin aparıcı futbolçusu məşqlərə qoşuldu
“Qəbələ”nin hazırlıq prosesində 3 futbolçu yoxdur
"Qəbələ" 5 nəfərsiz qaldı - İtki
"Qəbələ" Antalyada məşqlərə başladı - Hazırlıq
Dion Malone "Qəbələ"yə qoşuldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası