Messinin yox olan insanlığı! -Abidal danışır
"Barselona"da oynadığı müddətdə qaraciyər xərçənginə yoluxan Erik Abidal Messinin reaksiyasının onu üzdüyünü bildirib.
Sportfm.az xəbər verir ki, o, müalicə aldığı dönəmdə komandaya motivasiya vermək için bir neçə video göndərdiyini bildirib:
"Videoların bəzisində arıq düşsəm də, artıq vəziyyətim yaxşılaşırdı. Video göndərəndən sonra Messi mənə nə söylədi bilirsiniz? "Bir daha belə videolar göndərmə, bizə mənfi təsir edir". Halbuki mən onlara mübarizə aparanda hər şeyin öhdəsindən gəlmək olduğunu göstərmək istəmişdim. Bu cavabı məni çox üzmüşdü.
"Barselona"da 193 oyun keçirən Erik Abidal 2 qol müəllifi olub, 2 Avropa kuboku, 4 Çempionlar Liqası və 2 dəfə Kral kubokunu qazanıb.
Oxşar xəbərlər
Konte Messinin transferi xəbərinə aydınlıq gətirdi
Abidal "Barselona"da qalacaq
Abidal yenidən "Barselona"da
Messinin atası futbolçunun yeni müqaviləsindəki xüsusi bəndi təsdiqlədi
Lionel Messinin qardaşı həbs olundu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası