“Qalatasaray” mövsümün ilk transferini gerçəkləşdirdi
Fransalı sol qanad müdafiəçisi 36 yaşlı Patris Evra "Qalatasaray"la müqaviləyə imza atacaq.
Sportfm.az xəbər verir ki, bu məqsədlə təcrübəli futbolçu bu gün İstanbula uçacaq.
"Sky Sports"un xəbərinə görə, bu müqavilə ilə "Qalatasaray" mövsümün ilk transferini gerçəkləşdirəcək. "Sarı-qırmızılılar" müqavilənin detallarını müzakirə etmək və prosesi sonlandırmaq üçün futbolçunun menecerini də İstanbula dəvət edib.
Müqavilədə futbolçunun əvvəlcə mövsüm sonuna qədər icarəyə götürülməsi, daha sonra isə müddətin 1 ilə qədər uzadılması nəzərdə tutulub.
"Qalatasaray" fransalı futbolçuya yarım mövsüm üçün 1 milyon 250 min avro təklif edəcək.
Qeyd edək ki, bu mövsüm "Marsel"in heyətində forma geyinən Evra 4 matça çıxıb. Daha sonra azarkeşlərlə dalaşdığı üçün müqviləsinə xitam verilərək klubdan qovulub.
Oxşar xəbərlər
"Qalatasaray"ın yeni futbolçuları İstanbula gəldi
"Qalatasaray" fransız futbolçu ilə yollarını ayırdı - Nzonzi "Renn"lə müqavilə imzalayacaq
Fransa millisinin üzvü "Qalatasaray"a keçdi - FOTO
"Qalatasaray"ın yeni transferi rəsmən açıqlandı
"Qalatasaray" ilk transferini gerçəkləşdirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası