Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" klubu heyətinə daha bir futbolçu qatdı
Gəncənin "Kəpəz" komandası daha bir futbolçunu heyətinə cəlb edib.
Baş məşqçi Yunis Hüseynovun Sportfm.az saytına verdiyi məlumata görə, bu, Tərzin Cahangirovdur.
26 yaşlı yarımmüdafiəçi ilə yanvarın 6-da 1 illik müqavilə bağlanılacaq. Cahangirov Samir Zərgərov, Murad Səttarlı və Roman Hüseynovdan sonra "Kəpəz"in sıralarına qoşulan dördüncü futbolçu olub. Əvəzində Samba Diallo, Mansur Aladji, Viktor Oseqeyl, Ruzi Qiyaslı, Novruz Məmmədov, Azad Kərimov, Azər Məmmədov, Aydın Qasımov, Kərim Diniyev, Serqey Çernışev və Məhəmməd Qurbanovla yollar ayrılıb.
Qeyd edək ki, Tərzin Cahangirovun son klubu "Neftçi" olub. O, əvvəllər "Qəbələ", "Sumqayıt" və "Zirə"də çıxış edib.
Oxşar xəbərlər
“Kəpəz” iki braziliyalı futbolçu ilə müqavilə bağladı - FOTO
Yunis Hüseynov 8 futbolçuya qapını göstərdi
“Kəpəz” klubu iki futbolçunu heyətinə qatdı
"Kəpəz" millimizin üzvü müqavilə bağladı
Türkiyə təmsilçisi Gəncə klubunu yendi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası