reklam
“Təmiz idmançı”ların adları açıqlandı
Sportfm.az xəbər saytı

“Təmiz idmançı”ların adları açıqlandı


“Ölkədə anti-dopinq işlərinin aparılması üçün yetərli baza yoxdur”.   

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli deyib. Onun sözlərinə görə, hazırda dövlət qurumları və idman təşkilatları ilə əməkdaşlıq müqavilələri imzalanır:  “Yaxın vaxtlarda Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq memorandumu imzalanacaq. Ölkədən giriş-çıxış məsələləri çox vacibdir. Artıq idmançılar ölkədə olub-olmadıqlarına dair düzgün məlumat vermədikdə, Dövlət Sərhəd Xidmətindən dəqiq məlumat ala biləcəyik. Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edirik. Gənclər və İdman Nazirliyi bizə dəstək olur”.  Şəfəq Hüseynli bildirib ki, sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev və cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) təmiz idman səfirləri seçilib:  “Səfirlər qurumun təşkil edəcəyi tədbirlərə qatılaraq idmanın dopinqsiz olması istiqamətində təbliğat işlərində fəal iştirak edəcəklər”.

Oxşar xəbərlər

Gənclər və İdman Nazirliyində AMADA rəhbərliyi ilə görüş
Paralimpiya yığmamıza anti-dopinq təlimi keçirildi - FOTO
Azərbaycanlı məşqçilər rüşvət təklif ediblər - Açıqlama
DSX və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı
DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər