Azərbaycan çempionatında reqlament dəyişdi!
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında reqlament dəyişikliyi baş verib. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Voleybol Federasiyasının yerli yarışlar üzrə koordinatoru Oqtay Musayev verib.
O bildirib ki, son illərdə təşkil olunan sistem qüvvədən düşüb: "2016/2017 mövsümündə çempionatda pley-off və final mərhələləri keçirilməyəcək. Biz bununla bağlı qərar qəbul etmişik və bu bir daha bütün klubların diqqətinə çatdırılacaq”.
Musayevin sözlərinə görə, reqlament dəyişikliyində klubların sayının az olması və 2017-ci ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarıdı: "Super Liqada 4 Azərbaycan klubu yarışır. Əgər pley-off olsaydı, hamısı mərhələ adlayacaqdı. Bu səbəbdən də qərara aldıq ki, yeni mövsüm 4 dövrədən ibarət olsun, lakin dairəvi sistem keçirilsin. Yəni 20 turun yekununda ən çox xal toplayacaq komanda çempion tituluna yiyələnəcək. Ardıcıllıq da belə gedəcək. Həmçinin, yarışı həmişəkindən də tez bitirəcəyik. Əgər son illər çempionat apreldə başa çatırdısa, bu dəfə martın sonlarına təsadüf edəcək. Bu da yığmamızın İslamiadaya hazırlığı üçün atılan addımdı”.
Koordinator bildirib ki, əgər 4 dövrənin yekununda xallar bərabər olarsa, klubların yerləri beynəlxalq qaydalara əsasən müəyyənləşək: "Bu, bütün dünyada necədisə, bizdə də elə olacaq. Setə, topa, qələbə sayına baxılacaq”.
Qeyd edək ki, Azərbaycan çempionatında artıq 4 tur geridə qalıb.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Qarabağ” “Azərsun Arena”ya qayıtmayacaq - Mövsümün sonunadək 29.03.2024, 17:15
Bakıda lisenziya yarışında 33 ölkə iştirak edəcək 29.03.2024, 17:12
"Qəbələ" - "Neftçi" - START HEYƏTLƏR 29.03.2024, 16:00
“Bahar Kuboku 2024” başa çatdı 29.03.2024, 15:56
Uilli Kirk qalmaqallı şəkildə istefaya göndərildi 29.03.2024, 15:29
İki turun təqvimi açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 14:52
Yarımfinal oyunlarının saatı bilindi - Azərbaycan Kuboku 29.03.2024, 14:47
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |