"Ürəyim ağrıyır, indi mən lazım deyiləm" - qocaman mütəxəssisdən acı etiraf - ÖZƏL
İdmanımıza xas olan mənfi cəhətlərdən biri də veteranların, idmanımızın inkişafında əməyi keçən insanların, yerli mütəxəssislərin unudulması, onlara qarşı olan biganə münasibət və verilməyən dəyərdir. Ömrünün 60 ilini(!!!) ölkə idmanına həsr edən Azərbaycan Respublikasının "Əməkdar İdman Xadimi", Azərbaycanın "Əməkdar məşqçisi", SSRİ idman ustası Elxan Əliyev söhbətə basketbola gəlişindən başladı:
- 1958-ci ildə "Dinamo” İdman Cəmiyyətinin basketbol bölməsinə yazıldım. Onda Bakıda ucaboy uşaqların əksəriyyəti bu idman növünü seçirdi. Basketbola maraq böyük idi. Düzdür, indiki şəraitin o vaxtlar olması mümkün deyildi. Ancaq bütün çətinliklərə baxmayaraq, həvəslə çalışırdıq.
- İndi vəziyyət necədir, əvvəlki illərə nisbətən basketbola maraq azalmayıb?
- Bir dönəm ölkəmizdə basketbol böyük populyarlıq qazandı. Bu idman növünə axın vardı. Həmin vaxtlar maliyyə sarıdan korluq çəkmirdik. Çempionat yaxşı səviyyədə təşkil edilmişdi, seçim edə bilirdik. İstedadlı gənclər məhz o zaman üzə çıxdı. Hazırda uşaqlarla işləyirəm, gələnlər var, ancaq təbii ki, əvvəlki illərdə olduğu kimi deyil. Onda uşaqlar bizi tapırdı, indi isə biz onları axtarırıq.
- Uzun illər "böyük” basketbolda çalışan mütəxəssis üçün kiçikyaşlı idmançılarla işləmək çətin deyilmi?
- Qətiyyən, onların necə inkişaf etdiyini gördükdə, çox sevinirəm. Hamısının səviyyəsi yavaş-yavaş artır. Bildiklərimi, təcrübəmi onlarla bölüşürəm.
- Yəqin ki, onların arasında perspektivli basketbolçuları gözaltı etmisiniz.
- Gələnlərin sayı hələ ki, çox deyil, ancaq onların içərisində belə istedadlı gənclər var. Düzdür, bəziləri bu idman növünə gec gəlib, ancaq nə etmək olar!Məqsədim yeni gənc nəsil yetişdirməkdir, bu işdə sabiq yetirmələrim də mənə kömək edir.
- Seçimi necə edirsiniz?
- Çox sadə. Yolda, dənizkənarı parkda, mağazada bir ucaboy yeniyetmə görən kimi yaxınlaşıb basketbolla məşğul olmaq istəmədiyini soruşuram. Biz uşaqları belə cəlb edirik. Bu yaxınlarda avtomobillə gedirdim və birdən yolu keçən ucaboy gənc gördüm, valideynləri ilə birlikdə gedirdi. Avtomobilimi düz onların yanına sürdüm, şoka düşmüşdülər. Üzr istəyərək, niyyətimi açıqladım, xeyli güldülər.
- Cəlb edə bildiniz həmin gənci?
- Bəli, ümumiyyətlə bu metoddan sovet dönəmində istifadə edirdim. Axı çox adam basketbol bölmələrinin fəaliyyətindən belə xəbərsizdir.
- Bakıda keçirilən Avropa Oyunlarından sonra Azərbaycan Basketbol Federasiyası sizi baş məşqçi vəzifəsindən azad etdi və səbəb kimi kişilərdən ibarət yığmamızın heç bir nəticə əldə etməməsini göstərdi.
- Mən ömrümü Azərbaycan basketboluna həsr etmişəm. Çalışdığım dönəmlərdə Bakıda Avropanın ən güclüsü ünvanını qazanan basketbolçu(Aleksandr Petrov-red.) yetişib. 1978-ci ildən ölkəmizin yığmasını çalışdırmağa başlamışam. Bu idman növündə ciddi nailiyyətlər qazanmışıq. Hazırda ölkə basketboluna xidmət edən bir çox məşqçi mənim rəhbərliyim altında oynayıb. Federasiya rəsmiləri belə qərara gəldilər ki, basketbola yeni nəfəs gəlməlidir.
- Basketbol yığmamızda baş verən prosesləri kənardan izləmək sizə necə təsir edir?
- Ürəyim ağrıyır. Belə görünür ki, indi mən ölkə basketbol yığmasına lazım deyiləm!Səylə, əzmlə çalışdığım illər yadıma düşür. Ağırdır, çox ağırdır. Mən basketbolla nəfəs alıram.
Qeyd edək ki, hazırda Elxan Əliyev Bədən Tərbiyəsi və İdman Akademiyasının basketbol zalında çalışır. Zalda 7 yaşdan yuxarı oğlan və qızların qəbulu aparılır.
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |