“Traktorsazi”nin hər yerdə azarkeşi var" - MÜSAHİBƏ
Türk dünyasının ən sevilən klubu, 50 milyona yaxın azarkeş ordusu olan Təbriz "Traktorsazi”sinin nüfuzu İran sərhədlərini "aşıb”. Təbriz klubunun belə sevilməsinin səbəblərini və İranın güclü klubları ilə necə başabaş mübarizə aparmasını öyrənmək üçün suallarımızı komandanın sabiq baş məşqçisi Məsud Nazarzadəyə ünvanladıq.
- Son illər "Traktorsazi” qazandığı nailiyyətlərlə İran futbolunda adından söz etdirir. Bu uğurun sirri nədədir?
- Uzun müddət bizim komandamız İranın 1-ci liqasında mübarizə apardı. Məhz orada gələcək uğurların təməli qoyuldu. Komanda Premyer Liqaya çıxmaq üçün planlı iş gördü. Biz əvvəlcə uşaq futbolunda yeni strukturun qurulması ilə işlərə start verdik. Sonra klubun əsas heyətinə gənc və perspektivli futbolçuları cəlb etmək üçün məşqçi-seleksiyaçılarla bütün ölkəni dolaşdıq. Yeni oyunçular tapdıq, yeni kollektiv formalaşdıqdıq, onlar uzun müddət bir yerdə çıxış etdilər.
- Həmin dövrdə Təbriz komandasının heyətində legioner futbolçular da yer alırdı.
- Bəli, bizdə legioner seçiminə xüsusi yanaşma vardı. İranın 1-ci liqasında çıxış edəndə heyətdə 2-3 gəlmə futbolçu forma geyinirdi. Ancaq Premyer Liqanın tələbləri başqa olduğu üçün, təbii ki, yeni və səviyyəli legionerlərin cəlb edilməsi vacib amil idi.
- Bir zamanlar "Qəbələ”də çıxış edən Fərzad Hatemi hazırda Təbriz komandasında oynayır.
- Hatemi 2016-cı ilin əvvəlində bizim kluba transfer olundu. Onun Azərbaycanda çıxış etdiyini bilirəm, hətta yığma komandaya dəvət edildiyindən də xəbərim var. O indi çox yaxşı formadadır, İran yığmasına çağırılır, "Traktorsazi”nin əsas fiqurlarından biridir. "Neftçi”nin sabiq müdafiəçisi Kardoso da "Traktorsazi”də idi. Braziliyalı bir mövsüm "Traktor”a "kömək” etdi.
- "Qırmızı qurdlar"ı evdə böyük azarkeş ordusunun dəstəklədiyini bilirik, bəs səfər matçlarında necə?
- "Traktorsazi” indi bütün İranda sevilir, bizim hər yerdə azarkeşimiz var. Komandamız ölkənin ən köklü klublarından biridir. Tehranda, İsfahanda, Məşhəddə və digər şəhərlərdə stadionun yarısı bizim azarkeşlərlə dolur. Sanki öz evimizdə oynayırıq. Beynəlxalq arenada uğurlu çıxışımızdan sonra fanatlarımızın sayı artıb. Ölkə əhalisinin yarıdan çoxunun azərbaycanlı olduğunu nəzərə alsaq, yəqin ki, bizim necə sevildiyimizi anlamaq mümkündür.
- Təbrizin mərkəzində iki stadion var, buna baxmayaraq, komanda rəqiblərini şəhərin kənarında olan "Səhənd” arenasında qəbul edir.
- Əvvəllər bizim klub şəhərin mərkəzində olan stadionlarda oynayırdı. Komanda uzun müddət 1-ci liqada oldu, Premyer Liqaya yüksəldikdə isə azarkeşlər oraya "sığışmadı”. Ona görə, ev görüşlərimizi "Səhənd”də keçirməyə qərar verdik. İndi həmin stadionlarda klubun aşağı yaş qrupları üzrə komandaları çıxış edir.
- Azərbaycan klubları ilə yoldaşlıq matçları keçirilməsi daim gündəmə gəlsə də, hələ ki, "Traktorsazi” ilə bizim komandalar arasında belə bir oyun baş tutmayıb.
- Orada da bu daim danışılır. Düşünürəm ki, buna əngəl olan əsas amil təqvimin fərqli olmasıdır. Biz Asiyada, sizin klublar isə Avropada yarışır. Bu çox şeydən xəbər verir. Ancaq gələcəkdə belə bir görüşün keçiriləcəyini düşünürəm.
Söhbətləşdi: Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
“Bakı”nın məşqçisi cəzalandı 18.03.2024, 22:00
Cüdo hakimlərimiz Avropa Kubokunda 18.03.2024, 21:20
“Qarabağ”ın məşqçisinə 5 oyunluq cəza - QƏRAR 18.03.2024, 19:24
"Neftçi" - "Spartak" oyununun biletləri satışda 18.03.2024, 18:05
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar 18.03.2024, 17:56
"Bakı Sportinq"dən böyükhesablı qələbə - II Liqa 18.03.2024, 17:23
Azərbaycan millisinin oyunlarına hakim təyinatları 18.03.2024, 15:52
Fransa millisinin AÇ-2024 üçün formaları - FOTO 18.03.2024, 15:48
Lunyov Rusiya millisinə qoşuldu 18.03.2024, 15:29
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |