Portuqalca danışan futzalçılarımız və "sirr pərdəsi" - QEYDLƏR
Bakı İdman Sarayında futzal üzrə yığma komandamız Moldova millisini 6-1 hesabı ilə məğlub etdi. Saytımız vasitəsilə yığmamızın baş məşqçisi Biro Jadenin "Araz"ın üzvü Ramiz Çovdarovu heyətə dəvət etməməsi(baş məqşçi ilə mübahisə etdiyinə görə) ilə bağlı məlumat vermişdik. Ümumilikdə, "Araz" klubunun 10 futzalçısının dəvət aldığı yığmamızın moldovalılarla ilk oyunu zamanı hər kəs braziliyalı mütəxəssisin bir daha yerlilərə etimad etməməsinin şahidi oldu. Məhz bundan irəli gələrək, hesabın 6-1 olduğu müddətdə belə, heyətdə 10 azərbaycanlı və 5 braziliyalı futzalçının yer almasına rəğmən, Biro Jade beş azərbaycanlının meydanda mübarizə aparmasına imkan vermədi. Zəif rəqibin heyətində yalnız moldovalıların çıxış etdiyini, qələbənin təmin edildiyini, hazırlıq matçı olduğunu nəzərə alaraq, bunu etmək olardı. Brazliliyalılara güvənən baş məşqçinin bu gedişinə baxmayaraq, "Neftçi"nin üzvü Faiq Əliyevin(heyətdə fərqlənən yeganə azərbaycanlı) qol vurduğu epizodda tribunalardan ən çox alqış qazandığını hər kəs gördü. "Neftçi"nin veteran futbolçularından İqor Ponomaryovun izlədiyi görüşdə Fərid Atakişiyev, Namiq Məmmədkərimov, İsa Atayev kimi futzalda sözünü deyən oyunçuların meydanda çox az müddət yer alması üzücü idi. Oyunboyu bir çox epizodlarda azərbaycanlı futzalçıların bəzi terminləri portuqalca deməsi, Bakı İdman Sarayına toplaşanların heyrətinə səbəb olurdu. Yığmanın düşərgəsində yer alan "Araz"ın gənc üzvü Oqtay Rüstəmlinin matçın sonuna cəmi 2 dəqiqə qalmış meydana çıxması(hesab 6-1 yığmamızın xeyrinə idi) isə daha çox sanki onu "sındırmağa" yönəlmişdi. EKOL-un gənc və perspektivli futzalçısı Nihat İsmayılovun isə ümumiyyətlə düşərgəyə dəvət olunmaması hələ ki, sirr olaraq qalır. Bütün bu "sirr pərdələri"nin fonunda yığmamız bu gün Moldova yenidən üz-üzə gələcək.
Araz Əhmədov
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Yığmamızın üzvü İndoneziya klubunda 28.03.2024, 19:19
İlk gündə 3 oyun - I Liqa 28.03.2024, 18:30
“Sabah” – “Zirə” matçının təyinatları bilindi - Misli Premyer Liqası 28.03.2024, 18:24
Alveşin ölkədən çıxışı qadağan edildi 28.03.2024, 17:01
Xviça ilə yeni müqavilə imzalanır 28.03.2024, 16:58
"Böyük İpək Yolu" turnirində qaliblər mükafatlandırıldı 28.03.2024, 16:10
Kurzava doqquz ildən sonra PSJ-ni tərk edir 28.03.2024, 15:53
“Neftçi”də itki - 2 futbolçusu “Qəbələ”yə qarşı oynamayacaq 28.03.2024, 14:49
Hemiltonu əvəzləyə biləcək namizədlər 28.03.2024, 13:21
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |